“Lombard rəhbərləri camaatı incidir”

“Lombard rəhbərləri camaatı incidir”

"Lombardlar haqqında”  yeni qanun layihəsi deputatların narazılığına səbəb olub.

"Qafqazinfo” xəbər verir ki, layihənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsində çıxış edən deputat Vahid Əhmədov  bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır: "Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də,  belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil.  Bu layihədə düzəldilməli olan bir çox məsələlər var. Layihəni parlamentə bu cür şəkildə buraxan deyilik. Vaxt verək, Maliyyə Bazarlarına Nəzarət Palatası layihəni yenidən hazırlasın.Təkcə lisenziyanın verilməsi ilə bağlı layihədə 3 maddə verilib. Buna nə gərək var? Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, müqavilə, qəbz digər üsullardan istifadə olunmalıdır. 

Daha sonra  layihədə qeyd olunur ki,  lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər.  Niyə görə son zamanlar bu qurumlar  vətəndaşı məhkəmələrə yönləndirilir?  Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını 5000 manat dəyərində qiymətləndirirlər”.

Deputat Rüfət Quliyev isə bildirib ki, imkansız insanlar öz qızıl əşyalarını lombarda qoyub pul götürürlər: "Ancaq pul ödəyib bitəndən sonra insanlar dələduzluq faktlarına məruz qalırlar. Kiminsə qızıl əşyasının qaşı götürülüb dəyişdirilir və.s hallar baş verir. Bu zaman məsuliyyəti kim daşıyır? Bunu qanun layihəsi müəyyən edə bilibmi?” Deputat İlham Əliyev bildirib ki, lombard qara bazar kimi fəaliyyət göstərir: "Onların nə müqavilələri, nə də notarial qaydada sənədləri var. Onlar müştərilərin əşyalarını düzgün qiymətləndirmirlər. Gəlin o zaman müştərinin zinət əşyasını qiymətləndirən ekspertə də lisenziya verək. Elə etmək lazımdır ki, lombardlar insanların əşyalarına müdaxilə edə bilməsinlər. Onları möhürləyib saxlamaq lazımdır. Bilirsiniz, əsas məsələləri qıraqda qoyub, ikinci dərəcəli məsələləri bizim müzakirəmizə gətirib təqdim etmisiniz”.


OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...