Ölkənin dəmir yolları dünəndən-bu günə - Sənədli Film

Ölkənin dəmir yolları dünəndən-bu günə - Sənədli Film
 

Dəmir yolları ölkələri, şəhərləri bir-birinə birləşdirir, insanları qovuşdurur, uzaq məsafələri yaxın edir. Xüsusilə də, keçmişdə təyyarələrin, avtomobillərin kütləvi istifadə edilmədiyi dövrdə dəmir yolları ölkənin əsas yükdaşıma və sərnişin  daşıma funskiyasını yerinə yetirib. Azərbaycan dəmir yolları isə dünyada ən qədim  tarixə malikdir və üç əsrlik bir dövrü əhatə edir. Ölkənin dəmir yollarının dünənindən bu günə qədər keçdiyi bütün mərhələləri özündə əks etdirən "Polad Magistral" adlı  sənədli film çəkilib.

Sfera.az xəbər verir ki, sənədli filmin çəkilişi "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV)  tərəfindən həyata keçirilib.

Sənədli filmdə dəmir yollarının iqtisadiyyatın əsas aparıcı gücü, şah damarı olduğu vurğulanır.

Qeyd edilir ki, hələ 1878-ci ildə neft daşımalarını həyata keçirmək üçün Azərbaycanda ilk dəmir yolları çəkilir. Bununla yanaşı, 1878-ci ildən bəri ölkənin dəmir yollarının keçdiyi tarixi faktlar, toxunulmayan məqamlar sənədli filmdə yer alıb. Sənədli filmdə bir neçə maraqlı məqamlara yer verilib.

Ermənilərin fəsadları

1899-cu ildə Tiflis-Qars dəmir yolu çəkildiyi zaman Gümrü stansiyasından İrəvana və Naxçıvana dəmir yolu çəkilməsi məsələsi qaldırılıb, lakin çar Rusiyasının İrandan, Türkiyədən köçürdüyü erməni əhalisi böyük iddia qaldırır. Onlar dəmir yolu xəttinə düşəcək torpaq sahələri, tut bağları üçün böyük miqdarda vəsiat tələb edirlər. Bu isə çar Rusiyasının Dəmir Yolları İdarəsinin dəmir yollarını çəkməkdən imtina etməsinə gətirib çıxarır.

 Dəmir yolunun çəkilməsində Sarvanlar kəndinin bəyi Uluxan ağanın xeyirxahlığı

İrəvan quberniyasının Sarvanlar kəndinin bəyi Uluxan ağa Dəmir Yolları İdarəsinə müraciət edərək ona məxsus torpaq sahələrində dəmir yollarının çəkilməsinə icazə verir və heç bir vəsiat tələb etmir. Çar Rusiyası layihəyə dəyişiklik edir. Dəmir yolları İrəvandan 14 verst aralı keçir. 1902-ci ildə Aleksandropol-Uluxanlı stansiyası istifadəyə verilir. Stansiyaya Uluxan ağanın adı verilir. Bu gün ermənilərin Massis adlandırdığı həmin stansiya Uluxanlı stansiyasıdır.

Sənədli filmdə dəmir yollarının son beş ildə infrastrukturunda əsaslı dəyişikliklərin olduğu qeyd edilir. 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...