“Ölkəmizin gələcəyinə işıq salan Heydər Əliyevin ölməz ideyalarıdır” – Ramin Əhmədov

“Ölkəmizin gələcəyinə işıq salan Heydər Əliyevin ölməz ideyalarıdır” – Ramin Əhmədov
 "Bu gün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına və çiçəklənməsinə həsr edib. Müxtəlif dövrlərdə Azərbaycana rəhbərlik edən ulu öndər ölkəmizin inkişafına böyük töhfələr verib. Heydər Əliyev adını Azərbaycanın tarixinə qızıl həriflərlə yazdırıb. Çünki müasir Azərbaycanın müstəqillik əldə etməsi və sonrakı inkişafı Heydər Əliyevin adı və səyləri ilə bağlıdır”.

Sfera.az  xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-cı il dönüm ilə bağlı verdiyi açıqlamasında deyib.
 
YAP rəsmisi bildirib ki, Heydər Əliyevin böyük səyləri və dəmir iradəsi nəticəsində Azərbaycan xarici və daxili düşmənlərin hədəfindən yayına bilib: "Ulu öndərin mükəmməl siyasi manevrləri nəticəsində Azərbaycan böyük faciələrdən, parçalanmalardan qurtula bilib. Xalqımız 1990-cı illərin əvvəllərində ağır zərbələrə, xəyanətlərə məruz qaldı. Amma Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və ağır dövrdə xalqına dayaq durması insanlarımızda ruh yüksəkliyi, gələcəyə inam və mübarizə eşqi yaratdı. Ona görə də 15 iyun 1993-cü il Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək. Çünki bu tarix Azərbaycan xalqının taleyində mühüm rola malikdi. Ulu öndər həmin tarixdən başlayaraq, Azərbaycanı qardaş qırğınından, etnik münaqişədən və xaosdan xilas planını işə saldı. Nəticə isə göz qabağındadır. Gənc Azərbaycan dövləti Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dayanıqlı iqtisadiyyatına və nüfuzlu siyasi güc mərkəzinə çevrilib. Bu uğurların kökündə də Heydər Əliyev ideyaları və bu ideyalara sadiq idarəçilik dayanır”. 
 
Ramin Əhmədov bildirib ki, Heydər Əliyevin ideyaları həmişə yaşayacaq və bütün dövrlərdə Azərbaycanın inkişafına töhfə verəcək: "Ulu Öndərin ideyaları xalqımzın təkcə bu gününə deyil, həm də gələcəyinə işıq salır. Çünki o, elə bir mükəmməl siyasi irs yaradıb ki, bütün dövrlərdə Azərbaycan bundan faydalanacaq. Heydər Əliyev həqiqətən də Azərbaycanı böyük bəlalardan, qanlı müharibələrdən, super güclərin siyasi hesablaşma meydanı olmasında xilas etdi. Hər bir gəncimiz hazırda azad yaşadığı, fəxr etdiyi Azərbayanın hansı keşməkeşlərdən keçdiyini, hansı bəlalarla üzləşdiyini dərindən tədqiq etməlidir. Azərbaycanın bu bəlalardan xilas olmasında Heydər Əliyevin danılmaz rolunu gənc nəsilə aşılamaq isə hər bir müəllimin, ziyalının və valideynin borcudur”. 
Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini dərin hörmət və etiramla yad etdiyini deyən Ramin Əhmədov qeyd edib ki, bu gün ulu öndərin siyasi prinsiplərinə sadiq siyasət yürüdən prezident İlham Əliyevin də Azərbaycanın inkişafındakı rolu danılmazdır: "Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Əminliklə deyə bilərik ki, bundan sonra da ölkəmizi böyük qələbələr, sosial-iqtisadi uğurlar gözləyir”.

OXŞAR XƏBƏRLƏR

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...