Ölkəmizdə qızıl bahalaşdı
11:40 / 15.11.2019
1782
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Sfera.az xəbər verir ki, "Trend"in məlumatına görə, noyabrın 14-də qızılın qiyməti noyabrın 13-ü ilə müqayisədə 7,735 manat artaraq 1 unsiya üçün 2490,347 manat təşkil edib.
Gümüş 0,1622 manat bahalaşaraq 1 unsiya üçün 28,865 manata bərabər olub.
Platinin qiyməti 3,1875 manat artaraq 1486,6925 manat, palladiumun qiyməti 22,5165 manat artaraq 2923,371 manat təşkil edib. (yeni sabah)