Ölkəmizdə ordu quruculuğuna mühüm əhəmiyyət verilir

Ölkəmizdə ordu quruculuğuna mühüm əhəmiyyət verilir
 Bildiyimiz kimi Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimizdə hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutmuş, dünyada orduların reytinqlərini tərtib edən qurumların təsdiq etdiyi kimi Ordumuz 50 ən güclü ordu sırasındadır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkələrdən biridir. 
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10.000 ha-dan çox ərazimizi işğalçılardan azad etdik və bir sıra yüksəkliklərə nəzarəti ələ aldıq.   
Qeyd olunan uğurlarımız deməyə əsas verir ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. İqtisadi gücümüzün artması nəticəsində ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, yeni raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təhciz olunub. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.
Hava hücumuna qarşı müasir qurğularımız deməyə imkan verir ki, ölkəmiz, o cümlədən, strateji obyektlər ən yüksək səviyyədə qorunur. Cəbhə bölgəsində yaranmış vəziyyət Azərbaycanın strateji üstünlüyə malik olmasını bir daha göstərir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi tərəfindən ölkəmizdə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Yazımı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aşağıdakı fikirləri ilə bitirmək istəyirəm. "Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür.”
Əminik ki, ordumuzun müasir-sursat, texnika ilə təhcizatı bundan sonra da davam etdiriləcəkdir. 
Aygül Orucova 
YAP Nəsimi rayon təşkilatının üzvü

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...