Ölkəmizdə istifadə olunan peyvəndlərin xüsusiyyətləri: Ən ucuz, ən təsirli vaksin hansıdır?

Ölkəmizdə istifadə olunan peyvəndlərin xüsusiyyətləri: Ən ucuz, ən təsirli vaksin hansıdır?
Hazırda ölkəmizdə Çinin "Sinovac Biotech" (SVA.O) şirkəti tərəfindən istehsal olunan COVID-19-a qarşı "CoronaVac" peyvəndi, Oksford Universitetində İngiltərə və İsveç alimləri tərəfindən yaradılan "AztraZeneca" (Vaxzevria), Rusiyanın Qamaleya Universitetində yaradılan "Sputnik V" və "Pfizer" – Almaniya biotexnologiya şirkəti "BioNTech" tərəfindən Amerika Pfizer və Çinli Fosun Pharma ilə birlikdə hazırlanmış COVID-19 əleyhinə mRNT əsaslı peyvəndlər istifadə olunur.

Səhiyyə Nazirliyi bildirir ki, vətəndaşlar istədiyi peyvəndi seçə bilər.

Maraqlıdır, bizə təqdim olunan peyvəndlərin nə kimi xüsusiyyətləri var? Hansı peyvənd daha əlverişlidir? 

Ənənəvi peyvəndlərdə infeksiyaya səbəb olan viruslar zəifləyir və ya təsirsiz hala gətirilir və bədənə yeridilir, buna görə də bədən özünə zərər verə bilməyəcək virusdan immunitet qazanmağı öyrənir.

Buna inaktiv vaksinlər də deyilir və bu texnika Sinovac peyvəndi üçün əsasdır.

MRNA əsaslı vaksinlərdə, genetik məlumat daşıyan mRNA zəncirinin kritik bir hissəsi bütün virusun yerinə bədənə yeridilir.

Viral vektor peyvəndlərində, yenə də gen texnologiyasından istifadə edərək, virusun daşıdığı genetik materialın bir hissəsi başqa bir virusa daxil edilir və bədənə verilir.

Bu peyvəndlər arasındakı gözə çarpan fərqlərdən birincisi, istehsal mərhələsidir. Viruslu vektor peyvəndlərində istehsal zamanı adi vaksinlərdə olduğu kimi canlı bir hüceyrə tələb olunduğundan xammal tələbatı ikiqat artır.

RNT peyvəndləri isə qısa müddətdə daha çox istehsala imkan verəcək bir texnologiyaya sahibdirlər. Bu peyvəndlərlə ikinci kritik fərq, paylama və saxlama zamanı soyuducu ehtiyacıdır. RNT dəyişkən olduğundan Moderna və Pfizer peyvəndlərinin daha aşağı temperaturda saxlanılması lazımdır. Bu vaksinlər normal soyuducularda qısa müddətə saxlanıla bilər. Daha uzun saxlama üçün isə mənfi 20 və ya 70 dərəcə Selsi səviyyəsi lazımdır. 

BioNtech peyvəndinin qorunması üçün isə mənfi 70 dərəcə Selsi mühitində saxlanılması tələbi olunur. 

Viral vektor vaksinləri isə normal saxlama şəraitində uzun müddət toxunulmaz qala bilər.

Vaksinlər arasındakı digər fərq, maliyyətləridir. Oxford və Astrazeneca tərəfindən hazırlanan vaksin, doza başına ən ucuz qiymətə sahibdir, lakin bu qiymətlər ölkələrin peyvənd siyasətlərinə və daşınma xərclərinə görə dəyişə bilər.

Peyvəndlərin təsdiqlənməsi üçün onların təsirləri insan üzərində sınaq mərhələləri ilə sübut edilməlidir. Üçüncü mərhələdə, iki qrupa bölünən bəzi şəxslərə inkişaf etdirilən peyvənd və digərinə təsirsiz bir peyvənd vurulur. Müəyyən bir müddətdən sonra koronavirus virusuna yoluxanların neçəsinin peyvənd qrupundan, neçəsinin plasebo qrupundan olduğu yoxlanılır.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR