Ölkəmizdə baş həkim koronaya yoluxdu
19:38 / 30.11.2020
5527
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, onun COVİD-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.
Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O, eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.