“Ölkəmiz daha böyük uğurlara imza atacaq” – Emin Hacıyev

“Ölkəmiz daha böyük uğurlara imza atacaq” – Emin Hacıyev
 "Bu gün Azərbaycanda əlamətdar bir hadisən iki ili tamam olur. 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi”.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Emin Hacıyev sosial şəbəkədə yazıb. O, bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illərdə böyük inkişaf yolu keçib. 

"Xüsusilə 2019-cu il ölkəmizin həyatında islahatlar ili kimi yadda qaldı. Bu il ərzində ölkəmizdə köklü struktur və kadr islahatları reallaşdırıldı, insanlarımızın rifahının yaxşılaşdırılmasına yönəlik mühüm sosial proqramlar həyata keçirildi. Ötən il həyata keçirilən sosial proqramlar 4,2 milyon insanı əhatə etməklə vətəndaşlarımızın maddi rifahını xeyli yaxşılaşdırdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. 

Azərbaycanda həyata keçirilən bütün bu işlər dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Ötən il Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır ki, bu da böyük nailiyyətdir. 

Bu gün dünyanı bürüyən və inkişaf etmiş ölkələri belə çətin vəziyyətə salan koronavirus pandemiyası dövründə də ölkəmiz öz qüdrətini, insan sağlamlığının və rifahının dövlət siyasətinin mərkəzində dayandığını göstərdi. Cənab Prezident İlham Əliyev bu çətin günlərdə insanlarımızın sağlamlığının qorunması, eyni zamanda sosial rifahın yaxşılaşdırılması, iqtisadi inkişafımızın qorunub saxlanması istiqamətində çox mühüm sərəncam, qərar və tapşırıqlar verdi. 

Məhz bu görülən işlərin nəticəsidir ki, xalqımız başqa ölkələrdə yaşanan ağır durumla üzləşmədi. İnanıram ki, ölkəmiz bu çətin sınaqdan da üzüağ çıxacaq və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq”.

OXŞAR XƏBƏRLƏR