No Image
No Image

Ölkədən qanunsuz pul çıxarılması iddiasına - Rəsmi münasibət

Ölkədən qanunsuz pul çıxarılması iddiasına - Rəsmi münasibət
Mərkəzi Bank Kütləvi İnformasiya Vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara aydınlıq gətirib. 

Sfera.az bildirir ki, məlumatda bildirilir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir:

"Yoxlanılan dövr ərzində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1.1 mlrd. manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib.  Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb. 

Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90%-dən çoxunu Avroda olan vəsaitlər təşkil edib. Avropa Mərkəzi Bankının 500 Avroluq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklardakı müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac ediblər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyıb. 

Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub. 

Bildiririk ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur. 

Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilmiş və uçotu aparılıb".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

Xanım sürücü Masazır qəsəbəsində piyadanı vuraraq ərazidən uzaqlaşıb. Abşeron Rayon Dövlət Yol Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə Əli...

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat etdi

Cəlilabad rayon icra hakimiyyəti başçısının kənd təsərrüfatı işləri üzrə keçmiş müavini, alim aqronom, aqrar elmləri üzrə fəlsəfə doktoru Firudin Şərbətov vəfat...

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ AÇIQLANDI

"Albert Rıji” ləqəbli "qanuni oğru” Əli Heydərovu öldürməkdə şübhəli bilinən Mətləb Sultanovun bunu pul müqəbilində etdiyi məlum olub. Sfera.az xəbər veri...

Qarmon ifaçısı koronavirusun qurbanı oldu - Abbas Bağırov məlumat verdi

Qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə müğənni Abbas Bağırov instaqram hesabında paylaşım edib.  ...

Həsənovun vəziyyəti pisləşdi: Prezidentə müraciət edildi

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünv...

Davamçılar Hərbi Qənimətlər Parkını ziyarət etdi - FOTO

Xəbər verdiyimiz kimi, aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimə...