Ölkədən dollar çıxışı artıb, tədiyə balansında kəsir yaranıb – TƏHLİL

Ölkədən dollar çıxışı artıb, tədiyə balansında kəsir yaranıb – TƏHLİL

2020-ci ilin birinci rübünün nəticələrinə əsasən, Azərbaycanın tədiyə balansında böyük kəsir yaranıb. Təhlillər göstərir ki, kəsirin yaranmasının 3 əsas səbəbi var. Birincisi, dünyada koronavirus pandemiyasının yaranması, ikincisi neftin ucuzlaşması, üçüncüsü isə martda devalvasiyanın olacağı ilə bağlı dollar ajiotajının yaranmasıdır. Ümumən, hər üç amil ölkəmizdən böyük məbləğdə xarici valyutanın xaricə çıxışına səbəb olub.


Sfera.az xatırladır ki, bir qayda olaraq qlobal səviyyədə iqtisadiyyatlarda problem, böhran ehtimalı yarananda vəsaitlər yüksəkriskli iqtisadiyyata sahib ölkələrdən aşağıriskli ölkələrə meyil edir. Koronavirus pandemiyası və bununla əlaqədar baş verən iqtisadi böhran Azərbaycanda olan vəsaitlərin bir hissəsinin daha güvənli, azriskli iqtisadiyyatlara ötürülməsinə rəvac verib.

 

Bu dövrdə neftin ucuzlaşması da ölkəmiz üçün əlverişsiz olub. Neftin ucuzlaşması ölkəmizin dollarla olan gəlirlərini azaldıb.

 

Neftin ucuzlaşması ölkəmizdə yenidən devalvasiyanın olacağına dair qorxu da yaradıb. Martda yaranan ajiotaj onunla nəticələnib ki, çoxlu sayda insan və biznesmen manatla olan vəsaitini dollara çevirib. Devalvasiya iqtisadiyyatın dəyərsizləşməsinə də səbəb olduğundan böyük həcmdə vəsait maliyyə vəziyyəti daha stabil olan iqtisadiyyatlara ötürülüb.

 

Bütün bu amillər ona gətirib çıxarıb ki, birinci rübdə ölkəmizin xarici valyutada, əsasən də dollarla əldə etdiyi gəlirləri, xərclərindən xeyli az olub.

Tədiyə balansı 3 əsas hissədən - cari əməliyyatlardan, maliyyə hesabından və balanslaşdırıcı maddələrdən ibarət olur.


Mərkəzi Bank 2020-ci ilin birinci rübü üzrə tədiyə balansına dair açıqladığı məlumatlar göstərir ki, kəsirin məbləği 1,3 milyard dollardan çoxdur.

Birinci rübdə rədiyə balansının əsas hissəsi olan cari hesablar balansında müsbət saldo yaranıb. Cari əməliyyatara əmtəələrin idxal-ixracı, xidmətlərin idxal-ixracı, xaricdən əldə edilən və xaricə ödənilən gəlirlər daxildir.

 

Müsbət saldo 646 milyondan çoxdur. Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə cari əməliyyatlarda 1,6 milyard dollardan çox müsbət fərq var idi.

Cari hesablar balansında vəziyyətin pisləşməsi neft gəlirlərinin azalması fonunda ixracın azalması və idxalın artmasıdır. Xarici ticarət balansının ötən ilin birinci rüründə olan 2,5 milyard dollarlıq profisiti bu ilin birinci rübündə 1,8 milyard dollara düşüb. Xidmətlər balansının 500 milyon dollarlıq kəsiri 827 milyon dollar yüksəlib.

 

Tədiyə balansında kəsirin yaranmasına və böyük olmasına təsir edən əsas hissə maliyyə hesabında vəziyyətlə bağlı olub. 2019-cu ilin birinci rübündə kəsirin həcmi 215 milyon dollar olduğu halda, 2020-ci ilin birinci rübündə 1,4 milyar dollar təşkil edib.

 

Bu ilin birinci rübündə ölkəmizə 452 milyon dollar dəyərində neft bonusu daxil olib. Bonus ödənişinə baxmayaraq maliyyə hesabındakı kəsri azaltmaq mümkün olmayıb. Buna səbəb digər investisiyalar adı altında ölkədən 457 milyon dolların çıxmasıdır. Bunlara depozitlər, kreditlər və ssudalar, o cümlədən ticarət kreditləri və s. daxildir. Halbuki bu maddələr üzrə ötən ilin müvafiq dövründə müsbət saldo qeydə alınmışdı.


Tədiyə balansının üçüncü hissəsi olan balanslaşdırıcı maddələrdə də 600 milyon dollar qədər kəsir yaranıb.

 

Maliyyə hesabı və balanslaşdırıcı maddələrlə bağlı olaraq tədiyə balansında kəsirin yaranması 2015-ci ildə də müşahidə edilib. Həmin dövrdə cari əməliyyatlarda müsbət fərq olsa da maliyyə hesabında 9 milyard dollar səviyyəsində, balanslaşdırıcı maddələrdə 2 milyard dollardan çox kəsir yaranmışdı. Nəticədə, 2015-ci ilin yekunlarına əsasən, Azərbaycanın tədiyə balansında 11,32 milyard dollar kəsir yarandı.

 

Burada balanslaşdırıcı maddələr dedikdə dəqiq uçotu mümkün olmayan əməliyyatlar nəzərdə tutulur. Əslində xarici vətəndaşlarla bütün əməliyyatların tədiyə balansında əks olunması yaxşı olardı. Lakin bəzən bütün əməliyyatların dəqiq təsnifləşdirmək mümkün olmur. Buna görə də tədiyə balansının komponentlərində öz əksini tapmayan əməliyyatların nəticəsi kimi balanslaşdırıcı maddələr yaranır. Praktikada heç bir ölkənin tədiyə balansının tərtibatında bu maddənin sıfıra enməsinə nail olmaq mümkün deyildir. Xüsusilə ölkənin xarici iqtisadi əlaqələrinin sürətlə genişlənməsi şəraitində bir sıra əməliyyatların dəqiq qeydiyyatını aparmaq daha da çətin olur (informasiyanın tam olmaması, informasiya mənbələri arasında vaxt intervalı, qiymətləndirmələrdə kənarlaşmalar və s.).

 

Qeyd edək ki, tədiyə balansı ölkədə makroiqtisadi durumu qiymətləndirmək üçün ən mühüm statistik alətdir. O hər bir milli iqtisadiyyatın dünya iqtisadiyyatı ilə xarici valyuta əsasında qarşılıqlı əməliyyatlarının (ticarət, borclanma, sərmayə qoyluşu, kapital və gəlirlərin əldə edilməsi) nisbətini müəyyən edir. Milli valytanın məzənnəsinin sabitliyini, ölkənin valyuta ehtiyatlarının dayanıqlılğını da məhz tədiyyə balansının təhlili əsasında proqnozlaşdırmaq mümkündür. 2020-ci ilin ikinci rübündə də tədiyə balansında kəsir gözlənilir. Dollar ajiotajı aradan qalxarssa da neft gəlirlərinin azalması tədiyə balansında kəsirin yaranmasını şərtləndirir.

 

Vasif

 

 

 


OXŞAR XƏBƏRLƏR

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...