Ölkədə quduzluq və ilan dişləmələri əleyhinə kifayət qədər tibbi vasitə varmı?

Ölkədə quduzluq və ilan dişləmələri əleyhinə kifayət qədər tibbi vasitə varmı?
Son zamanlar paytaxt da daxil olmaqla bölgələrdə heyvan, xüsusilə də it dişləmələrinin sayı artıb. Bəs ölkədə quduzluq əleyhinə kifayət qədər vaksin varmı?

Sfera.az xəbər verir ki, Virtualaz.org-un quduzluq əleyhinə vaksinlərlə bağlı suallarını Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov cavablandırıb. Abubəkirov bildirib ki, it dişləmələrinin sayı ötən illərə nisbətən artıb. 2018-ci ildə xəstəxanalara 20 min it dişləməsi diqnozu ilə pasiyent daxil olmuşdusa, bu ilin ilk rübündə 5 minə yaxın müraciət edilib. Statistikanın artdığını nəzərə alaraq, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ilin əvvəlində, hər birində 5 ədəd olmaqla 15 min qutu quduzluq əleyhinə vaksin sifariş edib. Hazırda 4 min qutu vaksin xəstəxanalara paylanıb. Ehtiyatda 11 min qutu quduzluq əleyhinə vaksin var.

Nazirliyin mətbuat katibi qeyd edib ki, sentyabr ayında növbəti tender keçiriləcək və əlavə olaraq zəruri miqdarda zərdab sifariş ediləcək. İlan sancmalarına qarşı olan zərdab (gürzə əleyhinə zərdab) isə ötən ildən 90 ədəd istifadə olunmamış qalıb. Bu il əlavə olaraq 450 ədəd də sifariş olunub.

Zərdabların xəstəxanalara paylanmasına gəldikdə, Abubəkirov söyləyib ki, rayonlara zərdab göndərilərkən coğrafi şərait, ərazi nəzərə alınır. Yəni hansı regionda ilanların müxtəlif növləri çox olursa, ora zərdab daha çox göndərilir. Regionlarda baş həkimlərə tapşırılıb ki, istər quduzluq əleyhinə vaksinlər, istərsə də ilan sancmalarına qarşı olan zərdablardan bir və yaxud iki ədəd qaldıqda Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə əlavə sifarişlərini etsinlər.

Bəs sifarişlər vaxtında edilirmi? Abubəkirov suala cavab olaraq bildirib ki, sifarişlər vaxtında edilir. Amma bəzən müəyyən səbəblərdən ləngimələr də baş verir. "Məsələn, bu yaxınlarda Ucar rayonunda bir neçə it dişləməsi faktı qeydə alınıb. İşlənmiş quduzluq əleyhinə vaksinlərin əvəzinə yeniləri sifariş edilsə də,  bayram gününə düşdüyündən vaksinlər bir günlük gecikmə ilə çatdırılıb. Amma yenə də hər hansı bir problem yaşanmayıb. Çatışmayan vaksin qonşu rayondan çatdırılıb”, - mətbuat katibi əlavə edib.

İt dişləyən şəxsə zərdab neçə saat müddətində vurula bilər? Abubəkirov bu suala cavab olaraq deyib ki, zərdab 72 saat ərzində vurulmalıdır. Ona görə də, xəstəxanaya dərhal müraciət edilməlidir. "Quduzluq ölümlə nəticələnən xəstəlikdir. Gecikmə olduğu halda insan həyatını xilas etmək mümkün olmur. Yadınızdadırsa, bir müddət əvvəl Göyçay rayonunun kəndlərindən birində kənd sakinini həyətində saxladığı it dişləmişdi. O, xəstəxanaya getmədən ayağına sarğı vuraraq sağalacağını güman edb. Son nəticədə 40 gün sonra ölümcül vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Düşünürəm ki, vətəndaşlarımızın bu istiqamətdə marifləndirilmasində KİV-lərin də rolu böyükdür”.

OXŞAR XƏBƏRLƏR

DSMF ünvanlı sosial yardımla bağlı müraciət yaydı

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması ...

Əli Əsədovdan torpaq sahələri ilə bağlı qərar

Bakı şəhəri, Qaradağ və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazi...

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...