Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...

Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...
"Hazırda geniş yayılan viruslardan biri də "Koksaki" virusudur".

Sfera.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
 
Mütəxəssis bildirib ki, "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar:

 ""Koksaki" - çirkli əllər xəstəliyidir. 97% yoluxmalar qidadan olur - içməli və hovuzlarda təsadüfən udulan sudan, çirklənmiş qida məhsullarından və şəxsi gigiyena qaydalarına riayət etmədikdə yaranır. Bu virus 98% yoluxucudur, xəstənin özü və əşyaları ilə sıx əlaqədə olduğu halda yoluxma baş verə bilər.

Adətən bu virus xəstəliyini keçirən uşaqlar 3-10 yaşında olurlar. Yeni doğulmuş südəmər körpələrin orqanizmində, təbii qidalanma ilə əlaqədar, möhkəm immun qorunma mexanizmləri formalaşdığına görə, xəstəliyin qarşısı alınır. Yeniyetmə və böyüklərdə virusun orqanizmə düşməsi aktiv kliniki simptomatikanı artırmır, gizli (latent) formada keçir və sonradan xəstəliyə qarşı immunitet qazanması ilə nəticələnir.

İnkubasiya dövrü, yoluxma zamanından - səpgi şəklində ilkin əlamətlərin yaranmasına kimi, 10 gün təşkil edir. Eyni zamanda digər simptomlarda üzə çıxır: bədən temperaturun 38 dərəcə və daha yüksək olduqda, dil üzərində ərpin yaranması, ümumi zəyiflik, boğaz ağrıları, iştahın pozulması, boyun limfa düyünlərin böyüməsi kimi.

Rəngin ağarması, bədəndə, qulaqətrafı, barmaqlar arası, göyərmənin yaranması, orqanizmin su balansının pozulma əlamətləri, halsızlıq, dodaqların quruması, sidik ifrazının azalması, yuxululuq və başgicəllənmələr, kəskin baş ağrıları, iştahsızlıq, uzun sürən hərarət kimi sipmtomar həkimə dərhal müraciət etmək üçün səbəblər hesab olunur.

Bu virusa yoluxan uşaqların müalicəsinə intoksikasiya zamanı yataq rejimi, kifayət qədər vitamin və çoxlu suyun qəbulunu nəzərə alaraq, pəhrizin saxlanılması, ishal (diareya) və qusmalar olduqda - hidrasiya terapiyanın aparılması kimi prosedurlar daxildilər. "Koksaki" virusuna yoluxmuş uşaqlar  2 həftə müddətində karantində olmalıdılar".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda fevralın 15-dən bu qadağalar tətbiq ediləcək - SİYAHI

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. Sfera.az xəbər verir ki, birgə məlumatda deyilir: "Mə...

Ramin Bayramlı yeni vəzifəyə təyin olunub? - AÇIQLAMA

TƏBİB-in keçmiş sədri Ramin Bayramlının DİM sədri Məleykə Abbaszadənin müşaviri təyin olunduğuna dair məlumatlar yayılıb. Sfera.az  xəbər verir ki, T...

Bu gün bu ərazilərdə su olmayacaq

Bu gün Sumqayıt şəhərinin 1-ci, 2-ci, 4-cü, 5-ci, 6-cı, 10-cu, 11-ci, 12-ci, 13-cü və 17-ci mikrorayonlarına, 34-cü, 45-ci və 47-ci məhəllələrinə, Corat qəsəbəs...

III dünya müharibəsi bu səbəblə olacaq - AÇIQLAMA

"Birinci və ikinci dünya müharibələri dünyanın siyasi xəritələrini dəyişmək, yeni ərazilər ələ keçirmək uğrunda idisə, III dünya müharibəsi "enerji" qaynaqları ...

Vilayət Eyvazov general Kərəm Mustafayevin rəis qardaşını işdən çıxardı

Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşı, Ağdaş Rayon Polis Şöbəsinin rəisi, polis polkov...

Karantinlə bağlı nazirlikdən YENİ AÇIQLAMA

COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi "müsbət” olan şəxslərə və ...