Ölkə prezidentinin apardığı islahatlar bütün sahələri geniş şəkildə əhatə etməkdədir- MÜSAHİBƏ

Ölkə prezidentinin apardığı islahatlar bütün sahələri geniş şəkildə əhatə etməkdədir- MÜSAHİBƏ
 

Günay Ağamalı: "Bizdən asılı olmayaraq yaşlı nəsil zaman keçdikcə gənclərlə əvəz olunnalıdır.Təbii ki, bu müxalifətə də aiddir"

Ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlara dəstək verən siyasi partiyalar hakimiyyətin gəncləşmə, gənc kadrları önə çəkmək, onlara etimad göstərmək kimi fəaliyyətlərinə dəstək nümayiş etdirir, öz fəaliyyətləri ilə bunu təsdiqləyirlər. Artıq əksər siyasi partiyalarda bu müsbət tendensiya müşahidə edilir. Ənənəvi olaraq hakimiyyətin siyasi xəttini müdafiə edən, onu dəstəkləyən Ana Vətən Partiyası da müntəzəm olaraq atdığı addımlarla bunu əməli şəkildə sübuta yetirir. Bu günlərdə partiyada daha bir gəncə etimad göstərilib və ona partiyada yüksək vəzifə verilib. Belə ki, Günay Ağamalı AVP sədrinin sərəncamı ilə partiya sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri təyin olunub. Biz də "OLAYLAR" agentliyi olaraq bu təyinatı doğuran səbəblər, yeni müşavirin AVP-nin fəaliyyətinə hansı yeniliklər gətirəcəyi ilə bağlı Günay Ağamalıya müraciət etdik.

- Günay xanım, əvvəla partiyada mühüm posta təyinatla bağlı təbrik edirik. Və maraqlıdır bu təyinat Sizin üçün gözlənilən idi, yoxsa yox?

- Təbrikiniz üçün təşəkkür edirəm. Bu təyinat mənim üçün gözlənilməz oldu. Mənimlə bu barədə daha öncə heç bir fikir mübadiləsi aparılmamışdı və səmimi etiraf edim ki, partyada hər hansı vəzifəyə təyin olunmağı da gözləmirdim. Doğrudur, tələbəlik illərimdə partyanın siravi üzvü olaraq konfrans və qurultaylarında iştrak etmiş, partiyanın Beynəlxalq əlaqələr şöbəsində təcrübədən keçmişəm. Son parlament seçkilərində partya namizədlərinin sosial şəbəkələrdə piarının təşkilində fəallığımı artırdım. Fəzail Ağamalının təşəbbüsü ilə yaranan Prezident İlham Əliyevin İslahatlarına İctimai Dəstək Qrupunun adminlərdən biri kimi özümdən asılı olmayaraq sanki siyasətdə görünməyə başladım. Məncə, bütün bunlar Fəzail Ağamalının diqqətindən yayınmayıb. O, təyinatla bağlı təklifini bildirəndə doğrusu tutuldum və mənə düşünmək üçün vaxt verməyi xahiş etdim. Bir neçə gündən sonra Fəzail Ağamalı bir daha rəyimi soruşanda razılığımı verdim. Çalışacağam ki, mənə göstərilən bu yüksək etimadı doğruldum.

 

- Nəzərə alsaq ki, Siz gəncsiniz və dövlət başçısı da hər zaman gənclərə diqqət qayğının ayrılması, onların siyasi proseslərdə fəal iştrak etməsini vacib sayır. Son aylar kadr təyinatlarında da bu tendensiya özünü göstərir. Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olarmı ki, AVP rəhbərliyi də dövlət başçısının siyasətinə uyğun olaraq partiyanı gəncləşdirir?

- Birmənalı olaraq bu belədir. Fəzail Ağamalı ölkə prezidenti Cənab İlham Əliyevin fəaliyyətini çox diqqətlə izləyən və onun həyata keçirilməsi uğrunda fəal mübarizə aparan siyasətçilərdəndir. Təbii ki, partyanın gəncləşməsi də ölkədə gedən siyasi proseslərin məntiqindən doğan reallıqdır.

-Bir gənc kadr olaraq partyaya hansı yeniliklər gətirməyi hədəfləyirsiniz?

-Ana Vətən Partiyası daim dövlətçilik mövqeyində duran və bu yöndə fəaliyyətini quran siyasi qurumdur. Əlbəttə, yeniliklərimiz olacaq. Görülən işlər və yeniliklər barədə məlumatlar ardıcıl olaraq KİV - də işıqlandırılacaqdır.

-Sizin təyinatınızdan sonra belə bir fikir də formalaşıb ki, Günay Ağamalı AVP - nin yaxın gələcək üçün sədri olmaq məqsədilə partyaya gətirilib. Nə dərəcədə doğru iddiadır?

-Tam səmimi etiraf edirəm ki, mənim belə bir iddiam yoxdur. Sədrin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri kimi fəaliyyətimi yüksək səviyyədə qurmağa çalışacağam.

- Maraqlıdır ki, həm hakimiyyət, həm hakimiyyətyönlü partiyalar gəncləşdiyi halda, radikal müxalif düşərgə bunun əksinə gedir, gənclərin önə çıxmasının qarşısını alır. Sizcə bu yanaşma, təfəkkürlə radikallar nəyəsə nail ola biləcəklərmi?

-Ölkə prezidentinin apardığı islahatlar bu gün bütün sahələri geniş şəkildə əhatə etməkdədir. Etitraf etməliyik ki, bizdən asılı olmayaraq yaşlı nəsil zaman keçdikcə gənclərlə əvəz olunmalıdır. Təbii ki, bu müxalifətə də aiddir. Onlar da gənclərə yol açmalıdırlar. Yeni simaların, müasir təfəkkürlü gənclərin siyasi proseslərdə həlledici mövqeyə çıxması dövlətimizin və cəmiyyətimizin inkişafına güclü təsir göstərən vacib amildir.

-Son olaraq ölkədə siyasi mühiti, hakimiyyətin siyasi partiyalarla əməkdaşlıq təşəbbüsü və bu təşəbbüsə bəzi müxalif partiyaların adekvat reaksiya verməməsini necə dəyərləndirirsiniz?

- İqtidarın siyasi partyalarla dialoqu və əməkdaşlığı Azərbaycanın siyasi mühitində siyasi partyaların yerinin və rolunun artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Dövlətçilik mövqeyində dayanan, xalqa təmənnasız xidmət edən və özünə güvənən partya dialoqdan və əməkdaşlıqdan imtina etməli deyil

. Süleyman Ismayılbəyli

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: "İkinci dalğa..."

Sfera.az teleqraf.com-a istinadən Milli Məclisin deputatı, tibb elmləri doktoru, ürək-damar cərrahı Rəşad Mahmudovun müsahibəsini təqdim edir: - Rəşad müə...

Deputat: “Təlimlər bölgədə yeni təhlükəsizlik sisteminin yaranmasına xidmət edir” - MÜSAHİBƏ

  İyulun 29-dan başlayan Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimləri davam edir. Plana uyğun olaraq, bu gün genişmiqyaslı döyüş...

"Növbəti aylarda maaş və pensiyalar yenidən artırıla bilər"- Deputatla MÜSAHİBƏ

  Deputat Bəhruz Məhərrəmov Sonxeber.az-ın suallarını cavablandırıb. -Bəhruz bəy, bu gün Azərbaycan ermənilərlə yanaşı həm də "COVİD19" kimi gözə gö...

“Polad Alemdar”ın qardaşı ilk dəfə danışdı: “Onları heç vaxt bağışlamayacağam”

  Mətbuata heç vaxt müsahibə verməyən, lakin ssenarisini yazdığı "Deli Yürek", "Kurtlar Vadisi" "Eşkiye dünyaya hükümdar olmaz" kimi serialları ilə könüll...

Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - MÜSAHİBƏ

 Bu gün Xalq artisti Fəxrəddin Manafovun 65 yaşı tamam olur.   Kulis.az yubiley münasibəti ilə aktyoru təbrik edir, onunla müsahibənin davamını təqd...

Ali Baş Komandanın bayrağı etibar edilən hərbi pilotun qardaşı ilə müsahibə - FOTOLAR + VİDEO

  Ötən il iyulun 24-də təlim uçuşları zamanı qəzaya uğramış MİQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasından bir il keçi...