Ölkə ərazisində yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
 Mayın 24-ü səhərədək olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 5 mm, Qusar, Kişçayda (Şəki) 2 mm, Zaqatala, Quba, Mingəçevir, Xınalıq, Gədəbəy, Naftalan, Şəmkir, Daşkəsən, Şəki, Xaltan, Qırızda 1 mm olub.

Şimal-Qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Bərdə, Tərtərdə 25 m/s, Qazıməmməd, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Salyan, Zərdabda 18 m/s, Göyçay, Mingəçevir, Yardımlıda 16 m/s olub. 

Abşeron yarımadası və Abşeron Dəniz rayonuna gəlincə, Sumqayıt, Maştağada 38 m/s, Bakıda 35 m/s, Neft Daşlarında 29 m/s, Çilov adasında 27 m/s, Pirallahı, Qum adasında 25 m/s, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6,6 metrə çatıb.

OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...