Ölkə ərazisi niyə iqtisadi rayonlara bölünür? - İqtisadçıdan şərh

Ölkə ərazisi niyə iqtisadi rayonlara bölünür? - İqtisadçıdan şərh
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü aparılıb. Bu bölgüyə əsasən mövcud olan 10 rayonun yerində 14 iqtisadi rayon formalaşdırılıb.
 
Sfera.az xatırladır ki, Azərbaycanda iqtisadi rayonlaşmanın əvvəlki bölgüsü 1995-ci ildə aparılmışdı. Lakin bundan öncə də iqtisadi rayonlaşma siyasəti yürüdülüb.
 
Bəs, ölkə ərazisinin iqtisadi rayonlar üzrə bölgüsündə məqsəd nədir və burada hansı meyarlar əsas götürülür?

Elmi ədəbiyyatda iqtisadi rayon anlayışı ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazi hesab edilir. Ölkənin regionları təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın sahə və ərazi quruluşuna, tarixi inkişaf xüsusiyyətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Buna görə də ölkənin yalnız müəyyən hissəsində bu və ya digər məhsulu istehsal etmək və xidmət sahəsini inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur.
İqtisadi rayonların ayrılması zamanı ərazi-əmək bölgüsü nəticəsində yaranmış təsərrüfatın ixtisaslaşma istiqamətləri əsas amil kimi götürülür.
 
İqtisadçı-ekpert Rövşən Ağayev isə hesab edir ki, iqtisadi rayonlaşma bir idarəetmə aləti kimi SSRİ idarəçiliyi dövründə geniş istifadə edilib və mərkəzi planlaşdırmanın bir aləti idi: "İqtisadi ixtisaslaşmanın dərinləşdirilməsi, sovet termini ilə desək, "məhsuldar qüvvələrdən daha səmərəli istifadəni təmin edilməsi" üçün oxşar coğrafi şərtlərə, ortaq istifadə edilə biləcək resurslara sahib yaxın ərazilərin sərhələri daxilində vahid iqtisadi sistem kimi iqtisadi rayonlar təşkil edilirdi. Hansısa iqtisadi rayon metallurgiya, hansısa kənd təsərrüfatı üzrə ixtisaslaşırdı. Hətta bəzən daha dar ixtisaslaşma nümunələri olurdu - iqtisadi rayon əsasən dənli bitkilər və heyvandarlıq üzrə ixtisaslaşırdı. Sovetlər dönəmində iqtisadi rayonlaşma yüksək mərkəzləşməyə xidmətə edən, onu da daha da gücləndirən alət idi”.
 
R.Ağayev düşünür ki, kapitalist iqtisadi modelinin olduğu ölkələrdə iqtisadi rayonlaşmanın sovet modelinin əksinə olaraq administrativ rayonlaşmaya üstünlük verilir: "Administrativ rayonlaşma (regionlaşma) sərhədləri içərisinə alıdığı iqtisadi rayonlar daxilində avtonom idarəetmə (hakimiyyət), müstəqil maliyyə mənbələrinə malik olurlar. Bu siyasi coğrafiyada regionlaşma yüksək əksəmərkəzləşməni gücləndirən əsas rıçaqlardan biri sayılır.
 
Bu sahədə Avropa Şurasının 3 mühüm tövsiyyəsi var (65, 83 saylı, 278 tövsiyyələr). Həmin sənədlərin əsas vurğusu budur ki, regionlaşma milli və bölgə (regional) səviyyəsində iqtisadi inkişaf prosesinə müsbət təsir edir, Avropaya inteqrasiyada mühüm rol oynayır, müxtəlif idarəetmə səviyyələr arasında səlahiyyətlərin və maliyyə resurslarının daha səmərəli bölüşdürülməsinə mühüm töhfə verir”.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...