\"Ölkə başçısı erməni havadarlarına tutarlı mesajlar göndərir\"

\
İşğal olunmuş torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsi müzəffər Azərbaycan Ordusunun uğurları ilə davam edir. Düşmən bütün cəbhələrdə sarsıdıcı məğlubiyyətə düçar olmaqdadır. Hərb meydanında qazanılan qələbələr informasiya məkanında da uğurla həyata keçirilir.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. MIllət vəkili qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanı siyasi-diplomatik sferada da küncə sıxışdıraraq, dünya ictimaiyyətinin gözü önündə işğalçı hökuməti məğlubiyyətə uğradır. Dövlət rəhbərimiz diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alır.
 
"Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!” - deyə ölkə Prezidentimiz qeyd edir.

Azərbaycan bu gün yalnız döyüş meydanında deyil, diplomatik cəbhədə və informasiya müharibəsində də düşmən üzərində böyük üstünlük qazanması ölkə başçısının dünyanın nüfuzlu televiziya kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində tam təsdiqini tapıb. Ölkə başçısı müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti və Azərbaycanın ədalətli mövqeyi barədə müfəssəl açıqlamalar səsləndirməklə, ölkəmizə qarşı köklənmiş qüvvələrə layiqli cavablar verir və xalqımızın haqlı mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir.

Prezident İlham Əliyevin müsahibələri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, xüsusilə də erməni yalanları fonunda beynəlxalq aləmin Dağlıq Qarabağ və ona bitişik ərazilərdə gedən hərbi əməliyyatlar barədə ətraflı və müfəssəl məlumatların verilməsində böyük əhəmiyyət daşıyır. Eyni zamanda Prezident İlham Əliyevin Qərb jurnalistlərinin qərəzli suallarına məntiqli və düşünülmüş cavabları ictimaiyyətdə böyük rəğbət hissi ilə qarşılanır. Ölkə başçımız oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin ikibaşlı suallarına məntiqli cavab verərək, müsahibinin söhbəti hansısa istiqamətə yönləndirməyə cəhd göstərməsinin qarşısını dəqiq faktlarla aldı.

Xalqa müraciətində də Prezident İlham Əliyev xarici KİV-lərin qərəzli münasibətlərinə toxunaraq bildirib ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır.

Bəli, ölkə Prezidentimiz müdrik və qətiyyətli siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Hətta hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən "Amnesty International” və "Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik də ölkə Prezidentinin dəqiq faktlara söykənən müsahibəsindən, real həqiqətlərə əsaslanan təbliğatından sonra baş verdi. Bu təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq etdilər. Almaniyalı jurnalist isə ölkə Prezidentimizlə müsahibəsində guya bu təşkilatların Azərbaycanın hüquq çərçivəsində qadağan edilmiş silahlardan istifadə etməsi ilə bağlı məlumatlarının olduğunu iddia edirdi.

Media prinsiplərinə zidd, dəqiqləşdirilməmiş faktlarla müsahibi ilə polemika girməyə cəhd edən Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlərin Azərbaycanın haqq-ədalət işinə kölgə salmaq niyyətləri bu dəfə də puç oldu. Artıq dünya ictimaiyyəti Ermənistanın terrora xidmət edən hərəkətlərinə biganə qalmır, işğalçı dövlətin Gəncədə, Bərdədə, Tərtərdə törətdiyi faciələri bəşəriyyətə qarşı yönələn cinayət kimi qəbul edir.

Hərb meydanında, informasiya məkanında qazanılan qələbələr bir daha sübut edir ki, Azərbaycan haqq yolundadır və tezliklə, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız Xankəndində, Şuşada dalğalanacaq. (Trend)
 

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...