Liviyada hərbi helikopterlər toqquşub, ölənlər var

Liviyada hərbi helikopterlər toqquşub, ölənlər var
Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, bu barədə TASS-a feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığındakı mənbə bildirib.
 
"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub”, - mənbə agentliyə deyib. O, qeyd edib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.

Onun sözlərinə görə, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şəriti ilə bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR