\"Liverpul\"un kapitanı sıradan çıxdı

\
 "Liverpul" ciddi itki ilə üzləşib. Komandanın kapitanı Cordan Henderson sıradan çıxıb.

Sfera.az  xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 finalında ötən gecə "Atletiko"ya qarşı səfər matçında (0:1) zədələnib. Əzələsində problem əmələ gələn yarımmüdafiəçi 80-ci dəqiqədə Ceyms Milnerlə əvəzlənib.

Hendersonun nə zaman sıraya dönəcəyi bəlli deyil.

OXŞAR XƏBƏRLƏR