Livanda etirazçılara atəş açıldı: 6 ölü, 60 yaralı
16:25 / 14.10.2021
577
Livanın
paytaxtı Beyrutda şiə Amal Hərəkatı və Hizbullah tərəfdarlarına atəş açılıb.
Sfera.az
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata
görə, Hizbullah və Amal Hərəkatı tərəfdarları Beyrut Ədliyyə Sarayının
qarşısına toplaşaraq keçən il Beyrut Limanında baş verən partlayışı araşdıran
hakim Tarix əl-Bitarın yerinə başqasının təyin olunmasını tələb ediblər.
Beyrut
Ədliyyə Sarayına doğru hərəkət edən nümayişçilər Ət-Tayyuna bölgəsinə gələn
zaman bəzi binalardan atəş açılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 60 nəfər
yaralanıb.
Əraziyə
təhlükəsizlik qüvvələri cəlb edilib. Ordu ilə şiə Amal Hərəkatı milisləri
arasında toqquşmalar davam edir.
Turan
Rzayev