Livanda etirazçılara atəş açıldı: 6 ölü, 60 yaralı

Livanda etirazçılara atəş açıldı: 6 ölü, 60 yaralı
Livanın paytaxtı Beyrutda şiə Amal Hərəkatı və Hizbullah tərəfdarlarına atəş açılıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Hizbullah və Amal Hərəkatı tərəfdarları Beyrut Ədliyyə Sarayının qarşısına toplaşaraq keçən il Beyrut Limanında baş verən partlayışı araşdıran hakim Tarix əl-Bitarın yerinə başqasının təyin olunmasını tələb ediblər.
 
Beyrut Ədliyyə Sarayına doğru hərəkət edən nümayişçilər Ət-Tayyuna bölgəsinə gələn zaman bəzi binalardan atəş açılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 60 nəfər yaralanıb.
 
Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Ordu ilə şiə Amal Hərəkatı milisləri arasında toqquşmalar davam edir.
 
Livan ordu komandanlığı açıqlamada təhlükəsizlik qüvvələrinin silahla görülən hər kəsi güllələyəcəyini bildirib.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR