Litva ilə Belarus arasındakı qarşıdurmanın ilk qurbanı: Döyülmüş miqrant sərhəddə öldü

Litva ilə Belarus arasındakı qarşıdurmanın ilk qurbanı: Döyülmüş miqrant sərhəddə öldü
Avqustun 4-də Belarus-Litva sərhədində şərqli  görünüşü olan, ölümcül döyülmüş gənc həlak olub. O, Belarus sərhədçiləri tərəfindən tapılıb və ilkin tibbi yardım göstərilsə də, gənci xilas etmək mümkün olmayıb.

Sfera.az-ın pravda.ru-ya istinadla məlumatına görə, həyatını itirən gənc İraq vətəndaşı imiş. Dövlət Sərhəd Komitəsinin nümayəndəsi Anton Bıçkovski bildirib ki, sərhədi ağır vəziyyətdə keçən digər miqrantlar da var. Belarus sərhədçiləri Litvadan qovulan qırx əcnəbi aşkarlayıblar. Hamısında fiziki zədələr və depressiv psixoloji vəziyyət müşahidə olunur. 
 
Anton Bıçkovski qeyd edib ki, qaçqınlar arasında döyülən qadınlar və uşaqlar da az deyil. Dövlət Sərhəd Komitəsi bu vəziyyətə münasibətini bildirib:

"Çarəsiz insanlara, xüsusilə də   qadın və uşaqlara qarşı bu cür üsulların tətbiq edilməsini qəbuledilməz hesab edirik. Bu cür hərəkətlər insan hüquqlarını kobud şəkildə pozur və beynəlxalq təşkilatla da daxil olmaqla,  səlahiyyətli orqanlar tərəfindən araşdırılmalıdır".

Xatırladaq ki, Litva-Belarus sərhədində qeyri-leqal mühacirlərlə bağlı vəziyyət pisləşməkdə davam edir. Litva miqrant axınını saxlaya bilmir.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR