Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək?

Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək?
İqtisadçı ekspert Rövşən Ağayev Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edib.

Sfera.az xəbər verir ki, R. Ağayev qeyd edib ki, bəzi iqtisadi şərhlərdə bu fikir tez-tez səsləndirilir ki, Türkiyə valyutasının ucuzlaşmasının Azərbaycan üçün bu ölkədən idxalı da əlverişli edir:

"Nəzəri olaraq doğru yanaşmadır. Amma bu məqamı da unutmayaq ki, Türkiyədə lirənin dəyərdən düşmə sürəti ilə inflyasiya da az qala paralel sürətlə davam edir. Ötən ilin yekunlarına görə, 20%-dən bir qədər yüksək inflyasiya qeydə alındı. Bu ilin 2 ayının nəticələrinə görə əvvəlki ilin eyni dövrünə nisbətən 16%-ə yaxın olub.

Alternativ hesablama mərkəzləri real səviyyənin daha yüksək olduğunu iddia edir. Bu isə o deməkdir ki, Türkiyə məhsul və xidmətlərinin rəqabətqabiliyyətliliyi baxımından nominal məzənnə ucuzlaşmasında əldə etdiyi avantajın əhəmiyyətli hissəsini inflyasiyaya qurban verir.

Məsələn, lirə nominal olaraq manat qarşısında 15% ucuzlaşıbsa, amma ordakı inflyasiya ilə Azərbaycanın göstəricisindən 12% yüksək olubsa, bu halda lirənin nominal ucuzlaşmadan avantajı cəmi 3% təşkil edir. Hazırda Türkiyə son dərəcə yüksək inflyasiya təzyiqi altındadır".

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...