Lirə daha da UCUZLAŞACAQ

Lirə daha da UCUZLAŞACAQ
Son bir ayda Türkiyədə ABŞ dolları davamlı yüksəlir. Sentyabrın əvvəlində 8,3 olan dollar/lirə məzənnəsi bu gün 9,17 səviyyəsinə çatıb. Ay ərzində dollar 10,5 faizə yaxın bahalaşıb. 

Sfera.az bildirir ki, lirənin dollar qarşısında dəyər itirməsi Türkiyə Mərkəz Bankının faiz dərəcəsini 1 bənd edirməsindən sonra baş verib. Yüksək inflyasiya şəraitində mərkəz bankları faizləri endirmir, əksinə bir qədər də artırır. Amma Türkiyədə bunun əksi baş verdi və məzənnə bir qədər də yüksəldi. Bu vəziyyətdə Türkiyədə inflyasiya səviyyəsinin bir qədər də yüksəlməsi ehtimalı böyükdür. 

Türkiyəli ekspertlər isə hesab edir ki, bir çox ölkədə mərkəzi bankların yüksək inflyasiya ilə əlaqədar sərt pul-kredit siyasətinə keçməsi də lirəni dəyərdən salır. Onların izahına görə, böyük iqtisadiyyatların sərt pul-kredit siyasətinə keçməsindən daim inkişaf etməkdə olan ölkələr əziyyət çəkir. Çünki böyük iqtisadiyyatlar sərt pul-kredit siyasəti ilə əlaqədar faizləri artırdığından həmin ölkələrin qiymətli kağızlarında, depozitlərində gəlirlilik yüksəlir. Bu səbəbdən inkişaf etməkdə olan ölkələrdəki likvid vəsaitlər inkişaf etməkdə olan ölkələrə axır. 
Ekspertlərin şərhinə görə, Türkiyədən də böyük məbləğdə vəsait ölkə xaricinə çıxacaq və bu vəziyyətdə lirə daha çox ucuzlaşa bilər. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR