Limonlu suyun sağlamlığınıza faydalarını bilirsinizmi?

Limonlu suyun sağlamlığınıza faydalarını bilirsinizmi?
 
Sfera.az limonlu suyun sağlamlığınıza faydalarını təqdim edir: 
 
Boğaz Ağrısı: İlıq limonlu su içmək boğaz ağrısı və boğaz iltihabından xilas olmağa kömək edir.
Böyrək Daşı: Limonlu suyun ən əsas faydalarından biri də böyrək daşına yaxşı təsir göstərməsi və onun qarşısını almasıdır. Normal şəkildə böyrək daşları orqanizmdən çox rahatsızlıq vermədən atılır, ancaq bəzən sidik axınına mane olur və sıx ağrılara səbəb olur. Limonlu su içmək bədənə yenidən su vermədə və sidiyi sulandırılmış şəkildə tutmaqda yardımçı olur. Bu da böyrək daşı əmələ gəlmə riskini azaldır.
Kalori qəbulunu azaldır: Limonlu su şəkər nisbəti yüksək meyvə sularına və içkilərə yaxşı bir alternativdir. Xüsusilə diabet xəstələri və kilo vermək istəyən adamlar üçün yaxşı içəcəkdir.
Sağlam qaraciyər üçün faydalıdır: Limonlu suyu içmək qaraciyərdə olan həzm maddələrini hərəkətə gətirməkdə yardımçı olur, və qanın oksigen vəziyyətini yaxşılaşdırır. Həmçinin qadınlar adət sancılarından xilas olmaq üçün limonlu sudan istifadə edirlər.
Qəbizliyə yaxşı təsir edir: Limonlu su qəbzlik müalicəsinə də  faydalıdır. Bu səbəbdən hər səhər ilıq limonlu su içilərək günün qalan hissəsində qəbizlikdən xilas ola bilərsiniz.
İmmunitet sistemini gücləndirir: Limonlu su immunitet sisteminin möhkəmlənməsini təmin etməkdə yardımçı olan C vitamini və bitki qida mənbəyidir. Həmçinin içərisindəki mühüm vitamin və minerallar sayəsində bədəndəki enerji səviyyəsini artırmaqda yardımçı olur.
Xərçəngə qarşı xüsusiyyətləri: Limonlu su içmək xərçəngi dayandırmada faydalıdır. Araşdırmalar limonun şiş önləyici xüsusiyyətləri ilə xərçəng riskini azaltmaqda kömək etdiyini sübur edir.
Kilo verməkdə yardımçı olur: Hər səhər balla birlikdə ilıq limonlu su içmək daha asan, formaca qeyri-adi kilo verməyə köməkçi olur.
Revmatizmə qarşı: Yeməklərdən əvvəl və yatmazdan öncə limonlu su içmək yeldən xilas olmağa kömək edir.
 
 
Sfera.az //
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






OXŞAR XƏBƏRLƏR