Lider ilk dəfə aksiyaçılarla görüşəcək

Lider ilk dəfə aksiyaçılarla görüşəcək
 

Kerri Lam ilk dəfə olaraq Honkonq hərəkatının nümayəndələri ilə görüşəcək. 

Sfera.az bildirir ki,  şəhərdəki siyasi gərginliyi aradan qaldırmaq üçün ümumşəhər müzakirələri çərçivəsində baş tutacaq görüş bu gün axşam keçiriləcək. 

Rəsmilər bildirib ki, 2 saatlıq görüşdə iştirak etmək üçün 20 000 müraciət arasından 150 nəfər lotereya vasitəsilə seçilib. Görüşdə iştirak edəcək şəxslərə qaz maskası, dəbilqə, çətir gətirmək qadağan olunub.  

 

"Sizin fikir və mövqelərinizdən asılı olmayaraq, inanıram ki, Honkonqun maraqları üçün bizim ümumi məqsədimiz var”, - deyə Honkonq lideri Kerri Lam "Facebook" hesabında yazıb. 

Stadionda keçiriləcək görüşün təhlükəsizliyini 3000 nəfər polis təmin edəcək. 

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları 3 aydır davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli bilinənlər və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir. İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan edib. Sentyabrın 4-də isə qanun layihəsinin parlamentdən geri götürüldüyü bəyan edilib. (apa)


OXŞAR XƏBƏRLƏR

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Azərbaycanda tibbi maska istehsalı ARTDI

Bu il Azərbaycanda tibbi maska istehsalında kəskin artım müşahidə edilir.  Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin birinci ...

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında&...

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı FƏRMAN İMZALANDI

Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bunun...

Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayı...

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...