No Image
No Image

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora”da qurulmuş "Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.

Sfera.az xəbər verir ki, gecədə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxın müsəlman iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də "Ramazan çadırı”nın təşkilatçılarına təşəkkürlərini bildiriblər.


"Ramazan çadırı”nın təşkilatçıları dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.


Tədbirdə Azərbaycanda multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib, Moskva müsəlmanları məktəbi şagirdlərinin ifasında dini şeirlər, dini mahnılar ifa olunub, "AMOR” və "İRS-Naslediye” jurnalları paylanıb.


İftardan əvvəl Müqəddəs "Qurani-Kərim”dən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.


Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan "Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.


Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır. // AZƏRTAC

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əhəd Abıyev Bakının mərkəzindəki villasının damında ağac əkdi - FOTO

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının mərkəzindəki binasının damında ağaclar əkib. Sfera.az xəbər verir ki, bu barədə "Altay" sos...

İlqar Mirzəyevin anım mərasimi keçirildi - Fotolar

  Ötən ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəm...

Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

"Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçi...

Naxçıvanda qazilərə avtomobil verildi - FOTO

Naxçıvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, h...

İsmayıllılar koronovirusa qalib gələcək - FOTO

İsmayıllıda COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesi davam edir. Vaksinasiya hazırda 40 yaşdan yuxarı olan insanlar üçün aparılır. Həmçinin, İsmayı...

Ad günü olan şəhidin ailəsi ziyarət olundu - FOTO

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini XTQ-in giziri Musayev Ramil Aydın oğlunun 30-cu doğum gününd...