Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi
 Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma "andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib. 

O, bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan "andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in "demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir: "Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox".

"Ermənistan XİN-in istinad etdiyi "xalq” ifadəsinə gəldikdə isə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə, Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir. İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz", - L.Abdullayeva deyib.

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...