Lerikdə 3 otaqlı ev yanıb
16:00 / 14.12.2019
4164
Lerik rayonunun Brkandul kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət taxta konstruksiyalı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.