Lerikdə 3 oğul anasını kim qətlə yetirdi?

Lerikdə 3 oğul anasını kim qətlə yetirdi?
Ötən gün Lerik rayonunda boğazı kəsilərək öldürülən qadını kimin qətlə yetirdiyi hələ ki, müəyyən edilməyib.

Sfera.az xəbər verir ki, ilkin məlumata görə, təxminən 40 yaşında olan Fərziyeva Zəkifə Firuz qızı dünən gündüz saatlarında  evdə tək olub. O, boğazından 7 bıçaq zərbəsi vurulduqdan sonra başı kəsilərək qətlə yetirilib.

Z.Fərziyevanın üç oğlu var. Bir oğlu hazırda hərbi xidmətdədir, digəri isə Bakıda işləyir. Bir müddət öncə hərbi xidmətdən qayıdan üçüncü oğlu isə onunla birgə yaşayır. Hadisə vaxtı həmin oğlanın meşədə olduğu bildirilir. 

İlkin istintaqla bağlı iki kənd sakini və qadının onunla birgə yaşayan oğlu ifadələri alınmaq məqsədilə prokurorluğa aparılıb.

Z.Fərziyevanın həyat yoldaşı isə uzun müddətdir Rusiyada yaşayır.

Faktla bağlı araşdırma aparılır, qadını kimin qətlə yetirdiyi isə hələlik məlum deyil.

***

Lerik rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Qeyd edilir ki, hadisə aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kəndində qeydə alınıb. Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. // "Qafqazinfo” 

OXŞAR XƏBƏRLƏR

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...