Lənkəranskinin qardaşı buna görə HƏBS OLUNUB - Canıyev DANIŞDI (VİDEO-FOTO)

Lənkəranskinin qardaşı buna görə HƏBS OLUNUB - Canıyev DANIŞDI (VİDEO-FOTO)
Xəbər verdiyimiz kimi, İstanbulda noyabrın 2-də restoranların birində Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev 4 nəfərlə birlikdə "Şirinlər" mafiya lideri ilə görüşərkən yaxalanıb. Noyabr ayının 17-də dörd saat davam edən müşavirənin sonunda hakimlər bütün kriminal dəstə üzvlərinin həbsinə qərar veriblər. Belə ki, aralarında polkovnik Namiq Canıyev də olmaqla 13 nəfər haqda həbs-qətimkan tədbiri seçilib.

Sfera.az Unikal.org Namiq Canıyev və digərləri ilə bağlı yeni təfərrüatlar əldə edib. Məlumatda bildirilir ki, onlar intiqam məqsədli cinayət törətmək üçün 5 milyon dollar qarşılığında anlaşarkən tutulublar. Amma polis istintaq zamanı bu 5 milyon "anlaşmanı" sübuta yetirə bilməyib. Namiq Canıyev və "Şirinlər" mafiyasının lideri Mehmet Sabri Şirinin məhkəmə açıqlamalarında bildiriblər ki, Lotu Qulinin öldürməyə təşəbbüs göstərməsi ilə bağlı heç bir plan cızmayıblar.
 
 
Bir sözlə "Max” ləqəbli Mehmet Sabri Şirinin və Namiq Canıyevin qrupu intiqam məqsədli cinayətin törədilməsi üçün səy göstərilməsini qəbul etməyiblər.
 
 
Polis fotoların hücum əvvəli kəşfiyyat məqsədli olduğunu da aydınlaşdırıb. Buna görə də məhkəmə Caniyevi və digərlərlərini həbs edib.
 
]
 


OXŞAR XƏBƏRLƏR