Lənkəranskinin 40 mərasiminin erkən keçirilməsinin müdhiş – Sirri

Lənkəranskinin 40 mərasiminin erkən keçirilməsinin müdhiş – Sirri
Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin 40 mərasiminin erkən keçirilməsinin səbəbi məlum olub.

24saat.org-un əldə etdiyi məlumata görə, mərhumun 40 mərasimi vaxtından iki gün əvvəl təşkil olunub.
Buna səbəb ölkədə ümumxalq səsverməsi keçirilməsi olub. Lənkəranskinin ölümünün qırxıncı günü sentyabrın 26-na təsadüf edib. Ölkədə referendum keçirilməsi də eyni gündə planlaşdırıldığından mərasim sentyabrın 24-ə ertələnib. Məlumatda bildirilir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb. Lənkəranskinin ailəsi seçki gününü nəzərə alaraq 40 mərasiminin vaxtını qabağa çəkib.
Referendum günü həm səsvermə, həm tanınmış bir şəxsin yas məclisinin baş tutması Lənkəranda narahatlıq doğura bilərdi.

Bu baxımdan qarşılıqlı anlaşma şəraitində razılaşma əldə olunub. Lənkəranskinin 40 mərasimi izdihamlı keçib və Rusiyadan, müxtəlif yerlərdən gələnlər olub.
"Kiçik bazar” məhəlləsində təşkil olunan məclisdə yerli sakinlər, mərhumun yaxınları və yas mərasiminə yetişə bilməyən tanışları iştirak edib.
Axşam saatlarında Rövşənin məzarı ziyarət olunub. 40 mərasimi gününə qədər Lənkəranskinin başdaşı hazır olmayıb.

Əldə etdiyimiz bilgiyə görə, mərhumla qohum olan deputat Fəzail Ağamalı da mərasimin 2 gün qabağa çəkilməsi üçün danışıqlar prosesində iştirak edib.
Beləcə hər iki tədbir insidentsiz ötüşüb.
Məlumat verdiyimiz kimi, Lənkəranskinin 40 mərasimindən sonra ailəsinin Bakıya köçəcəyi deyilir.
Böyük oğlu Rafiq Canıyev paytaxt məktəblərindən birində 7-ci sinifə gedəcək. Buna qədər balaca Rafiq şəhərin 4 saylı məktəbində təhsil alırdı.
Qeyd edək ki, Lənkəranski avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun qətlində "Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun əlinin olduğu deyilir. İstintaq davam edir. Amma onun qətlinin kim tərəfindən sifariş edildiyi konkret açıqlanmayıb.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...