Lənkəranda uşaq iynə vurulandan sonra öldü

Lənkəranda uşaq iynə vurulandan sonra öldü
Lənkəran rayonunun Vilvan kəndində 2012-ci il təvəllüdlü Hüseyn Kazımov inyeksiya olunduqdan sonra halı pisləşib və şok vəziyyətinə düşüb.

Sfera.az xəbər verir ki, uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq H.Kazımov həyatını itirib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Faktla bağlı araşdırma aparılır.
 
(APA)

OXŞAR XƏBƏRLƏR