Lənkəranda taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açıldı

Lənkəranda taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açıldı
İyulun 27-də Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini Elvin Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib evə çatdıqdan sonra aralarında yaranmış mübahisə zamanı bıçaqla İlham Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elvin Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Azərbaycanda qız övladları olan ailələri dəstəkləmək və qadınların sosial həyatda iştirakını stimullaşdırmaq təklif edilir. Sfera.az-ın məlumatına görə bi...

Ziya Məmmədova ağır itki üz verdi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədova ağır itki üz verib. Sfera.az Manset.az-a istinadla xəbər verir ki, sabiq nazirin  bacısı oğlu Tahir Əfəndizadə...

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri ...

Azərbaycanlı alim yeni vəzifəyə təyin olundu

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə yeni sədr müavini seçilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən gün...

Ramiz Mehdiyev AMEA-nın kamera sistemini yeniləyir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi qurumun Rəyasət Heyətinin inzibati binasında kamera sisteminin yenilənməsi və turniketlərə üz tanıma...

Benzinin qiymətindəki dəyişikliyin maşın bazarına təsiri – VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycanda 95 və 98 oktanlı benzinin qiymətinin artması ilə müəyyən vaxtdır maşın bazarında yaşanan durğunluq da canlanma il...