Lənkəranda istidən 7 tələbə qızın halı pisləşib

Lənkəranda istidən 7 tələbə qızın halı pisləşib

Bu gün səhər təxminən saat 11-də Lənkəran Dövlət Universitetində imtahan zamanı 7 tələbə qızın halı pisləşib, onlar fasilələrlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, tələbə qızlara ilkin tibbi yardım göstərilib, bir neçəsinin vəziyyəti yaxşılaşdığından evə buraxılıb.

 

"Bu gün səhər bir neçə tələbənin halı pisləşib, xəstəxanaya yerləşdiriblər. Beləliklə, fasilələrlə 7 tələbə qız gətirilib. Onlara ilkin tibbi yardım göstərilib”, - mətbuat xidmətindən əlavə ediblər.

 

Tələbələrin səhhətinin pisləşməsi havanın isti olması ilə əlaqələndirilir.


OXŞAR XƏBƏRLƏR