Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilişində müasir texnologiyaların tətbiqi gözlənilir

Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilişində müasir texnologiyaların tətbiqi gözlənilir
 Ləki-Qəbələ dəmir yolu xəttinin çəkilişində müasir texnologiyaların tətbiqi gözlənilir

"Ağdaş rayonunun Ləki qəsəbəsindən Qəbələ rayonuna çəkilən dəmir yolu xətti yenidir. Çünki, əvvəllər bu istiqamətdə yol olmayıb və 0-dan dəmir yolu xəttinin çəkilişi həyata keçirilir".

Sfera.az xəbər verir ki, bunu "MediaPost”a açıqlamasında nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib.

Onun sözlərinə görə, həmin yolun böyük hissəsi dağlıq ərazidən keçəcək: "Buna görə də relyefi və yol platformasını düzəltmək üçün geniş ərazilərdə qazma işləri həyata keçirilir. Bu işləri həyata keçirərəkən relyefin xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Dolğu və qazma işləri olan yerlərdə müasir texnologiyaların, müasir metodların tətbiqi məqsədəuyğun olardı. Ləki-Qəbələ birxətli dəmir yolu layihəsində tikinti işlərinin daha keyfiyyətli aparılmasına nəzarəti gücləndirmək məqsədi ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin xarici ekspertləri dəvət eməsi təqdirə layiq haldır. Xarici mütəxəsislərin layihədə iştirakının üstünlüyü ondan ibarətdir ki, burada müasir tikinti materiallardan istifadə edilə bilər. Layihə keyfiyyətli və standartlara uyğun həyata keçirilməlidir ki, dəmir yolunun infrastrukturu uzunmüddətli olsun. Müəyyən müddətdən sonra dəmir yolunda çökmələr, deformasiyalar olmasın. Ona görə də xarici mütəxəsislərin burda işləməsi yaxşı haldır”.

Ekspert əlavə edib ki, dəmir yolu infrastrukturunda yüksək dolğularda geoqlid adlanan materiallardan istifadə edilməsi son zamanlar geniş yayılıb: "Xüsusilə inkişaf etmiş ölkələr bundan son zamanlar geniş istifadə edir. Bu materialın istifadə edilməsində əsas məqsəd çökmələrə qarşı dayanıqlığı artırmaqdır".


OXŞAR XƏBƏRLƏR