Öldükdən 8 il sonra tapıldı

Öldükdən 8 il sonra tapıldı

Almaniyada yaşayan pensiyaçı kişinin cəsədi öldükdən 8 il sonra evdə tapılıb.

Sfera.az axşam.az-a istinadən bildirir ki, tək yaşayan Heinz H. adlı kişi 2011-ci ildə vəfat edibmiş. Onun itinin də acından öldüyü məlum olub. Kimsəsi olmayan yaşlı kişinin skeletə dönmüş cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Belə ki, binanın birinci mərtəbəsində yanğın olması ilə bağlı xəbərdarlıq alan yanğınsöndürənlər orada yaşayan insanları təxliyə edib.

Yaşlı kişinin yaşadığı evin qapısını nə qədər döysələr də açan olmayıb. Bu səbəblə də onlar zorla içəri daxil olub. Gördükləri mənzərə qarşısında dəhşətə gələn yanğınsöndürənlər dərhal polisə müraciət edib. Heinzin qonşuları da sorğuya çəkilib. Onlar yaşlı kişinin daha əvvəl itini gəzdirmək üçün tez-tez həyətə düşdüyünü bildirib.

"Mən onu sonuncu dəfə 8 il əvvəl görmüşəm. Arqılamışdı. Daha sonra görünmədi. Poçt qutusu da dolu idi. Hətta polisi də aradım. Ancaq indi burada yaşamayan bir qonşumuz onun başqa şəhərə getdiyini söyləyincə polislər uzaqlaşdı", - bina sakinlərindən biri deyib.

 

Kişinin ölüm səbəbi isə araşdırmadan sonra bəlli olacaq.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...