\"Lazımsız hərəkətlərə dini bayraqlarla don geyindirirlər\" - Dünənki qeyri-adi toy karvanı ilə bağlı AÇIQLAMA

\
"Toy karvanlarında dini bayraqların nümayiş etdirilməsi və ya hansısa dini şüarların avtomobillərin üzərinə yazılması ilk hal deyil”.
 
Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ötən gün Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanından danışarkən deyib. 

Müsahibimiz bunun sonuncu hal olmayacağını düşünsə də, Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğulayıb:

"Təsəvvür edin, adamlar dini bayraqlar altında avtoxuliqanlıq edir, biri də axtarışdadır. COVİD pasportları yoxdur – yəni bütün qaydaları pozaraq dini bayraqlar nümayiş etdirmək sanki din pərdəsi altında gizlənmək kimi bir şeydir. Mən bunu belə qəbul edirəm. Bunun da cavabı polis tərəfindən verilib və veriləcək də. Dinə hörmət edən adam o hərəkətləri etməz. Axtarışda olanlar isə, cinayət əməlinin olduğuna görədir. COVİD pasportu dövlətin qoyduğu qaydadır. Toy iştirakçısıdır, heç bir sənədi yoxdur, üstəlik nümayişkaranə şəkildə yol hərəkət qaydalarını pozur... Bütün bunlara adekvat cavab verilir”.
 
Ekspert belə halların xoş olmadığını da əlavə edib:

"Sosial şəbəkələrdə insanlar bunu çox qınadı. Düz də edirlər. Lazımsız hərəkətlərə dini bayraqlar altında don geyindirmək lazım deyil. İndi onlar yəqin, öz aləmlərində düşünüblər ki, dini bayraq qaldıraq, dini mahnılar səsləndirək, bəlkə polis bizi saxlamaz. Xeyr, belə bir şey yoxdur. Polis istənilən halda, yol hərəkəti qaydaları və digərləri pozulursa, müdaxilə edir və qanuni tədbirini görür. Bununla bağlı da yaxşı ki, sərt formada tədbirlər görülüb. Qoy bu, başqalarına dərs olsun ki, heç kim çərçivədən kənara çıxmağa cəhd göstərməsin”.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda dini bayraqlarla toy karvanı təşkil edənlərin görüntüləri yayılıb. Oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...