"Lazımsız hərəkətlərə dini bayraqlarla don geyindirirlər" - Dünənki qeyri-adi toy karvanı ilə bağlı AÇIQLAMA

"Toy karvanlarında dini bayraqların nümayiş etdirilməsi və ya hansısa dini şüarların avtomobillərin üzərinə yazılması ilk hal deyil”.
 
Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ötən gün Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanından danışarkən deyib. 

Müsahibimiz bunun sonuncu hal olmayacağını düşünsə də, Azərbaycanın dini deyil, dünyəvi dövlət olduğunu vurğulayıb:

"Təsəvvür edin, adamlar dini bayraqlar altında avtoxuliqanlıq edir, biri də axtarışdadır. COVİD pasportları yoxdur – yəni bütün qaydaları pozaraq dini bayraqlar nümayiş etdirmək sanki din pərdəsi altında gizlənmək kimi bir şeydir. Mən bunu belə qəbul edirəm. Bunun da cavabı polis tərəfindən verilib və veriləcək də. Dinə hörmət edən adam o hərəkətləri etməz. Axtarışda olanlar isə, cinayət əməlinin olduğuna görədir. COVİD pasportu dövlətin qoyduğu qaydadır. Toy iştirakçısıdır, heç bir sənədi yoxdur, üstəlik nümayişkaranə şəkildə yol hərəkət qaydalarını pozur... Bütün bunlara adekvat cavab verilir”.
 
Ekspert belə halların xoş olmadığını da əlavə edib:

"Sosial şəbəkələrdə insanlar bunu çox qınadı. Düz də edirlər. Lazımsız hərəkətlərə dini bayraqlar altında don geyindirmək lazım deyil. İndi onlar yəqin, öz aləmlərində düşünüblər ki, dini bayraq qaldıraq, dini mahnılar səsləndirək, bəlkə polis bizi saxlamaz. Xeyr, belə bir şey yoxdur. Polis istənilən halda, yol hərəkəti qaydaları və digərləri pozulursa, müdaxilə edir və qanuni tədbirini görür. Bununla bağlı da yaxşı ki, sərt formada tədbirlər görülüb. Qoy bu, başqalarına dərs olsun ki, heç kim çərçivədən kənara çıxmağa cəhd göstərməsin”.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda dini bayraqlarla toy karvanı təşkil edənlərin görüntüləri yayılıb. Oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün həlak olan hərbçimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayada...

Azərbaycanda general-mayor vəzifəsindən AZAD EDİLDİ

Azərbaycanda yüksək vəzifəli general işdən çıxarılıb. Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət ü...

Hikmət Həsənovun minaya düşdüyü zirehli maşının - GÖRÜNTÜLƏRİ

General-mayor Hikmət Həsənovun Zəfər günü Şuşada generallarla görüşdə iştirak etməməsi barədə "Qafqazinfo”da yayımlanan xəbərdən sonra yaxınları məsələyə münasi...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 774 yeni yoluxma faktı qeydə alınıb, 2 365 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabi...

Azərbaycan hakerləri tərəfindən erməni saytları dağıdıldı - FOTOFAKT

8 Noyabr Zəfər günü münasibətilə Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdi...

Eldar Həsənovu məhkəməyə xərəkdə gətirib-apardılar - FOTO

Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə bir saat gec başlayıb. Bu haqda onun qızı Səbin...