\"Lazımsız antibiotik istifadəsi uşaqlarda...\" - Həkim-pediatr

\
Azərbaycanda son həftələr uşaqlar arasında qrip virusu intensivləşib. Uşaqlarda yüksək qızdırma, boğaz və baş ağrısı, iştahasızlıq, bəzi hallarda qusma və s. simptomlar müşahidə edilir. Övladlarında həmin şikayətləri müşahidə edən valideyn müraciətlərinin sayı artıb. Bu, ölkədə uşaqlar arasında qrip virusunun geniş yayıldığının göstəricisidir. Əslində, qış aylarında qripin, yəni "influenza"nın yayılması normal haldır. Ötən il yeni növ koronavirus (COVID-19) pandemiyasına görə qapanmalar tətbiq olunduğu üçün ünsiyyət az idi və bu uşaqların qrip virusuna sürətlə yoluxmasının qarşısını almışdı.

Sfera.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov məlumat verib.

Həkim-mütəxəssis bildirib ki, cari tədris ilində orta ümumtəhsil məktəbləri və bağçalarda ənənəvi tədrisin bərpası, həmçinin tədbirlərin təşkilinə icazə verilməsi uşaqlar arasında təmasın artmasına səbəb olub: "Ona görə də "influenza" virusu həm böyüklər, həm də uşaqlar arasında geniş yayılmağa başlayıb. Test müayinələrinin nəticələri hazırda geniş yayılan xəstəliyin məhz "influenza" infeksiyasının A ştamı olduğunu deməyə əsas verir. Həqiqətən də, qrip virusunun həmin ştamı ilə yoluxan uşaqlar çox narahat olurlar. Uzun müddət davam edən qızdırma və halsızlıq xəstəliyin əsas simptomlarıdır. Belə xəstələrdə yüksək hərarət, əsasən, 5-7 gün, öskürək isə 2-3 həftə davam edir. "İnfluenza"dan qorunma üsulları da elə koronavirusda olduğu kimidir. "İnfluenza" da COVID-19 kimi yuxarı və aşağı tənəffüs yollarının virusudur. Ona görə də şəxsi gigiyenaya diqqət etmək, tibbi maska taxmaq və sosial məsafəni qorumaq lazımdır".

E.Rəhimovun dediyinə görə, qrip əleyhinə peyvənd vurduraraq da xəstəlikdən qorunmaq mümkündür: "Qrip peyvəndi hamilə qadınlara, 6 yaşa qədər olan uşaqlara, xroniki xəstəliklərdən əziyyət çəkənlərə və 60-65 yaşlı şəxslərə daha çox tövsiyə edilir. Lakin digər vətəndaşlar da peyvənd vurduraraq özlərini qripdən qoruya bilərlər. "İnfluenza"nın müalicəsi üçün istirahət, bol miqdarda maye qəbulu, çox isti geyinməmək və bədən temperaturu yüksəldikdə hərarətsalıcı dərmanlar istifadə etmək məsləhətdir. Bəzi hallarda xəstəlik ağır gedişli olarsa, xəstə həkim təyinatı əsasında başqa dərman preparatlarından da faydalana bilər. Valideynlərin həkim təyinatı olmadan övladlarına antibiotik müalicəsi etməsi yanlışdır, çünki antibiotiklər viruslara təsir göstərə bilmir. Əksinə, lazımsız antibiotik istifadəsi uşaqlarda ciddi fəsadlara yol aça bilər".

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...