Lavrovun son bəyanatındakı gizli mesajlar – Rusiya hərbçiləri ikinci beşillikdə də Qarabağda qalacaq?

Lavrovun son bəyanatındakı gizli mesajlar – Rusiya hərbçiləri ikinci beşillikdə də Qarabağda qalacaq?
"Rusiya sülhməramlıları bölgədə növbəti 5 ildə də qalmaq niyyətindədir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması üçün bir neçə üç ilin lazım gələcəyi fikrinə münasibət bildirərkən, QAFSAM sədrinin müavini  Nazim Cəfərsoy deyib:

"Tərəflər arasında etimad mühitinin yaradılması üçün bir neçə üç ilin lazım gələcəyi fikrini səsləndirməklə Rusiya Xarici İşlər naziri prosesin tam normallaşmasına ən azından 6 və daha çox ilin sərf olunacağını nəzərdə tutub. Bununla Lavrov Rusiya sülhməramlılarının bölgədə ən azından ikinci beşillik üçün də qalmaq niyyətini ortaya qoyub. Dolayısı ilə demək istəyib ki, Rusiya sülhməramlıları azından 10 ilə qədər burada qalmaq istəyir.  Prosesin necə inkişaf edəcəyini isə gələcək göstərəcək”.
 
QAFSAM-ın sədr müavini bildirdi ki, tərəflər arasında etimad mühitinin yaradılacağı zamanı planlamaq mümkün deyil: "Hazırda Azərbaycan Ermənistan münasibətlərinin həllilə bağlı hər bir tərəfin, Bakının, İrəvanın, Rusiyanın, Qərbin, İranın öz perspektivləri var. Etimadın yaradılması isə problemlidir, bu gün, sabah həll ediləsi məsələ deyil. Məsələnin həlli vaxt və praktiki iş tələb edir. Bosniya və Hersoqovinada 1995-ci ildən etimad tədbirlərinə başlanılsa da, 26 il keçməyinə baxmayaraq, proses tam yekunlaşmayıb. Anoloji vəziyyət bölgəmizə də aiddir”.
 
N. Cəfərsoyun fikrincə, Lavrovun açıqlaması onu göstərir ki, Kreml regionda vəziyyətin normallaşmasında maraqlıdır: "Bu Rusiya üçün yeni bir yanaşmadır. Azərbaycan çalışır ki, sülhməramlıların fəaliyyəti ilk beş ildə yekunlaşsın. Amma qənaətimcə, ilk beş ildə prosesin yekunlaşacağı az ehtimaldır. Prosesin ikinci beşillikdə bitəcəyini düşünürəm”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...