\"Lavrovun səfərində anklav kəndlərin qaytarılması müzakirə ediləcək\" - AÇIQLAMA
13:30 / 08.05.2021
2458
"Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində sərhədlərin delimitasiya və demarkasiya prosesinə toxunması, ardınca Azərbaycan tərəfindən verilən açıqlamada bu istiqamətdə işlərin getdiyini vurğulanması göstərir ki, Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq”.
Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Sergey Lavrovun Bakı səfərində bu konkteksdə danışıqlar gedəcək:
"Ermənistan ərazisində anklav kəndlərin geri qaytarılması istiqamətində danışıqlar yubadılmamalıdır. Necə ki, Azərbaycan maneəsiz Şurnuxa daxil oldu və kəndin ərazimizə düşən hissəsini nəzarətə aldı, bu, Qazax istiqamətində də olmalıdır. Həmçinin Naxçıvanın Kərki kəndində də həyata keçirilməlidir. Bu kəndlər danışıqlar predmeti ola bilməz.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərində anklav kəndlərin qaytarılması müzakirə ediləcək. Ermənistan tərəfi bu kəndlərin geri qaytarılmasını ləngidir. Kəlbəcərə kimi demarkasiya başa çatıb”.
Politoloq qeyd edib ki, Ermənistanın işğalında olan bir neçə sərhəd kəndinin boşaldılması ilə iki ölkə arasında münaqişəyə son verilə bilər:
"Hazırda Ermənistan-Azərbaycan arasında münaqişə başa çatmayıb və anklav ərazilər mübahisə predmeti deyil. Ümumiyyətlə, S. Lavrovun Azərbaycana səfərində məqsəd erməni diveransatların, Hadrut və bir neçə yaşayış yerinə erməni köçkünlərin qaytarılması, Azərbaycanın KTMT və Avrasiya İttifaqına qəbulu və nəhayət Minsk qrupu çərçivəsində danışıqların bərpasıdır. Lavrovun Bakı səfərindən sonra bir neçə diversantın azad olunması reallaşa bilər”.
Günay
Sfera.az