Lavrov və Blinken telefonda danışdı
20:40 / 18.01.2022
2091
ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər ABŞ, Rusiya və NATO arasında strateji danışıqların nəticələrini müzakirə ediblər.
Rusiya XİN də nazirlərin telefon danışığı apardığını təsdiqləyib.