Lavrov: \"Rusiya Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq\"

Lavrov: \
"Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq”.

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

"Komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edirik”, - nazir bildirib.

"Soçidə prinsipial razılıq var idi, hətta mətbuata da açıqlandı ki, komissiya 2021-ci ilin sonuna qədər yaradılacaq. Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndərdik. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik”, - S.Lavrov vurğulayıb. 

Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdarıdır: "Bu, sırf ikitərəfli məsələdir ki, delimitasiya və demarkasiya üzrə komissiya yaratmaq, həmçinin öz nümayəndəmizin namizədliyini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirik. Nəzərə alınmalıdır ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir”.  

Eyni zamanda, nazir qeyd edib ki, komissiya yaratmaq üçün ilk növbədə şərtləri razılaşdırmaq lazımdır: "Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar mövcuddur. Bizim mövqeyimiz sadədir: biz oturub rəsmi olaraq yaradılmış komissiya çərçivəsində indi həll olunmamış bütün məsələləri həll etməliyik”.

Bununla yanaşı, rusiyalı nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana sülhməramlılar göndərməsi fonunda Azərbaycan və Türkiyənin reaksiyalarını şərh edib:  "Rəsmi Bakı və Ankara rəsmilərinin KTMT-nin Qazaxıstandakı fəaliyyətinə qarşı yönəlmiş hər hansı əsəbi reaksiya görmədim”.

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...