Lavrov NATO-ya 7 gün vaxt verdi – Müharibə başlayır?
15:48 / 15.01.2022
4714
Rusiyanın xarici
işlər naziri Sergey Lavrov Qərb ölkələrindən NATO-nun şərqə doğru genişlənməyəcəyinə
dair yazılı zəmanət tələb edib və bunun üçün bir həftə vaxt verib.
Maraqlıdır, Qərbin
buna cavabı necə olacaq? Rusiya istədiyi cavabı almasa, hansı addımları ata bilər?
Mövzu ilə bağlı
Sfera.az-a danışan politoloq Məhəmməd Əsəsdullazadə mövcud durumu potensial
müharibə aktı kimi dəyərləndirib:
"Rusiya ilə NATO
arasında Brüsseldə aparılan danışıqlar uğursuzluqla nəticələndi və onlar öz mövqelərindən
geri çəkilmədi. Rusiya NATO-ya ultimatum vermişdi və bir neçə təklifdən ibarət
paketdə NATO-nun şərqə doğru genişlənməməsi, Ukrayna və Gürcüstanın bu bloka
üzv olmaması tələb edilmişdi. Təbii ki, NATO Rusiyanın ultimatumunu qəbul etsəydi,
onun beynəlxalq müstəvidə mövqeləri zəifləyə bilərdi və NATO parçalanardı. İndi
Rusiya NATO-nun şərqə doğru genişlənməsini qırmızı xətt olaraq qəbul edir və təşkilata
vaxt verir. Düşünürəm ki, NATO Rusiyaya yazılı şəkildə hansısa cavab verib,
onun qarşısından geri çəkilməyəcək. Artıq biz XXI əsrdə XX əsrin Sovet müharibə
dövrünü yaşayırıq və tərəflər Ukraynada öz hərbçiləri ilə üz-üzə dayanıblar. Bu
potensial müharibə aktı deməkdir”.
Politoloq
Rusiyaya qarşı sanksiyaların tətbiq ediləcəyini və Donbasda vəziyyətin kəskinləşə
biləcəyini düşünür:
Əzizə Zeynal