"Lavrov Moskvada Abdullahianın "ağzından vurdu” - Region ölkələri İrana qarşı eyni cəbhədə birləşir

"Türkiyə İranla sərhədi yük daşımalarına bağladı. Gürcüstanın eyni addım atdığına dair məlumatlar var. Lavrov Moskvada Abdullahianın məcazla desək, "ağzından vurdu”. Region ölkələri İrana qarşı eyni cəbhədə birləşir”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
 
Onun sözlərinə görə, Cənubi Qafqazın yeni siyasi mənzərəsi İranın regiona girişini əngəlləyir və bəllidir ki, Tehran Bakıdan asılılığı, Türkiyənin bölgədə mövcudluğunu, Zəngəzur dəhlizini qəbul etmir:

"Lakin məsələnin regional tərəfi ilə yanaşı, qlobal tərəfi də var və hadisələr artıq İrana qarşı cəbhənin genişlənməsi yönündə inkişaf edir. Bu mənzərədə İranın nüvə proqramı ön plana çıxır. Sentyabr ayının sonlarında İranın nüvə proqramı ilə bağlı yeni məlumatlar yayıldı. MAQATE-nin məxfi məlumatlarına çıxış əldə edən amerikalı mütəxəssislər Nyu-York Tayms nəşrinə bildirirdilər ki, İran tezliklə nüvə başlığının yaradılmasına kifayət qədər qədər uran istehsal edə bilər. Bu, nüvə silahının əldə edilməsi olmasa da, ciddi irəliləyiş hesab olunur və mütəxəssislər İranın uranı nüvə silahı əldə etmək üçün lazım olan 90 faizə qədər zəngiləşdirə biləcəyini də istisna etmirlər.

Röyters agentliyi isə bir neçə gün öncə Bayden Administrasiyasındakı mənbəyə istinadən yazırdı ki, "İran nüvə proqramlarında ciddi irəliləyiş əldə edib və nüvə bombası hazırlamaq üçün uranı lazım olan qədər zəngiləşdirməyə bir neçə ay bəs edəcək”. Nüvə danışıqlarına hələ də gəlməyən İranın yeni hakimiyyətinin müzakirələrdə əsas fiquru dəyişməsi də diqqət çəkir: danışıqlarda İran nümayəndə heyətinin rəhbəri olan Abbas Araqçini prezident Rəisinin yaxın adamı, Qərbə qarşı güzəştsiz mövqeyi ilə tanınan Əli Bağeri əvəzləyir; bu, Tehranın nüvə danışıqlarında mövqeyinin sərtləşəcəyindən xəbər verir, təbii ki, danışıqlar başlayacaqsa”.

Politoloq qeyd edib ki, İran-Azərbaycan gərginliyi yeni yanaşmanı da ortaya çıxarır:

"Birincisi, yeni gərginliyin yaranması Tehrana diqqətin nüvə proqramından yayınması baxımından sərf edir: Bakının üzərinə hücum, bölgəyə hansısa formada müdaxilə nüvə proqramı məsələsini müvəqqəti arxa plana keçirə və İrana lazım olan qədər vaxt qazandıra bilər:

- İranda hansısa terror aktı törədilir və Tehran bunun "Arazın bu tayındakı "terrorçulara” bağlayaraq, müdaxiləyə əl atır;

- Yaxud "texniki səhv” üzündən raketin ünvanı səhv salınır, beləliklə, gərginlik praktiki mərhələyə keçir və s;

İkincisi, region ölkələrinin İranın nüvə proqramını təhlükə olaraq görməsidir. Nüvə danışıqları faktiki aparılmır, Bayden Administrasiyasının nəticə hasil olacaq addımları yoxdur və zaman İranın ən azı nüvə başlığı əldə etməsinə doğru axır: regionda nüvə bombası əldə etmək imkanı qazanan İran nə Türkiyəyə, nə nüvə bombasına sahib olan Rusiya və Pakistana, nə də Türkiyənin rəhbərliyi altında Şərqi Avropadan Mərkəzi Asiyaya qədər coğrafiyada "yeni dünya” inşa edən Britaniyaya sərf etmir. ABŞ və İsrailin istəmədiyi məlum məsələdir, lakin bu dəfə region ölkələri və regionda maraqları olan qüvvələr də təhlükəyə qarşı birləşir”.

A.Nərimanlının sözlərinə görə, Ərdoğanla Putinin Soçidə anlaşmasının ana səbəblərindən biri də bu təhlükəli perspektiv ola bilər:

"Lavrovun Abdullahianini qəbul etməmişdən öncə Blinkenlə İranın nüvə proqramını müzakirə etməsi də Moskvanın Vaşinqtonun edə bilmədiyini etmək istəyindən – Tehranın uranı zənginləşdirməsinin qarşısını almaq – irəli gəlir.  Görünür, İran təhlükəsinə qarşı cəbhə sıxlaşır. Tehranın Bakıya qarşı hücumda tez-tez işlətdiyi "regionda geosiyasi dəyişikliyə imkan verməyəcəyik” açıqlaması da bu dəyişiklikdən qaynaqlanır. Burada ən mühüm məqamlardan biri İsrailin İrana qarşı atacağı addımlardır: Təl-Əviv mübarizəni sərtləşdirəcəyinin anonsunu verir; əvvəlki illərin təcrübəsi də göstərir ki, İsrail Ordusu İranın Yaxın Şərqdəki mövqelərinə qarşı zərbələri daha da intensivləşdirə, hətta İran daxilində nüvə obyektlərinə qarşı da addımlar ata bilər; aprel ayında İranın nüvə obyektinə kiber hücumu nəticəsində partlayışlar olmuşdu və Tehran buna görə Mossadı ittiham etdi.

İran bütün bunlardan Cənubi Qafqaza müdaxilə üçün bəhanə kimi istifadə edə bilər, həm regional maraqlarını təmin etmək, həm uranı zənginləşdirmək üçün vaxt qazanmaq, həm regional cəbhəni dağıtmaq məqsədilə. "Sionistlərə qarşı yeni cəbhə” mollalar üçün daxili ictimai rəy üçün də sərfəlidir. Burada Tehranın yer aldığı "bir kəmər, bir yol” layihəsinin Orta dəhlizinə qarşı təxribatı da məsələnin başqa tərəfidir”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Zəngəzur mesajı: İstədiyimizə nail oluruq

Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logist...

Bu gün Moskvada baş tutacaq görüşdən GÖZLƏNTİLƏR - Zəngəzur dəhlizi...

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək. Görüşdə üç ölkənin baş nazirlərinin müavinləri Şahin Mustaf...

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən i...

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - CANLI

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak...

Milli Məclisin iclası başladı - Gündəlikdə 10 məsələ var

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.   Sfera.az xəbər verir ki, bu gün parlamentin gündəliyində 10 məsələ var: 1. "Müs...

Putin-Paşinyan görüşündən dərhal sonra Ərdoğanın Bakı səfəri – Masada hansı məsələlər olacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək. Səfərin Rusiya və Ermənistan prezidentlərinin görüşündən so...