Lavrov ermənilərin “ən vacib məsələsi”ni Bakıda qaldıracaq – “Qəbul edilə bilməz”

Lavrov ermənilərin “ən vacib məsələsi”ni Bakıda qaldıracaq – “Qəbul edilə bilməz”
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri ölkəmizdə də maraqla izlənilir.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Lavrovla görüşdə erməni köçkünlərin öz evlərinə qayıtmasını ən vacib məsələ adlandırıb. Bu isə bir müddətdir, ölkə mətbuatında yer alan Rusiyanın erməniləri Hadruta qaytarmaq istəyində olması haqda iddiaları yenidən aktuallaşdırır.

Maraqlıdır, Yerevandan sonra ölkəmizə səfər edəcək Sergey Lavrov Bakıya doğurdanmı "Hadrut planı” ilə gəlir?  

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanın nəzarətində olan ərazilərə erməni köçkünlərin qaytarılması planı var: "Düşünürəm ki, bununla bağlı rəsmi Bakı da məlumatlıdır. Lavrovun Bakı səfərində bu məsələ də müzakirə predmeti olacaq. Rusiya həm də istəyir ki, ATƏT-in Minsk qrupu yenidən dövriyyəyə daxil olsun və köçkünlər məsələsi bu formatda da müzakirə olunsun”.
 
Həmsöhbətimiz düşünür ki, rəsmi Yerevanın bu mövqeyi bölgədə gedən normallaşma prosesinə zərbə vura bilər: "Sergey Lavrov erməni köçkünlərin qayıdışı mövzusunu Bakıda da qaldıracaq. Azərbaycan tərəfi isə qəti şəkildə belə təklifləri qəbul etməyəcək. Çünki ilk növbədə azərbaycanlı köçkünlər Xankəndi, Xoçalı, Xəcavənd və Ağdərəyə qayıtmalıdır. Hansı ki, bu məqam 10 noyabr bəyanaməsində öz təsdiqini tapıb”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...