Lavrov erməniləri niyə məyus etdi? – “Qarabağın statusu müzakirə mövzusu deyil” açıqlamasına REAKSİYA

Lavrov erməniləri niyə məyus etdi? – “Qarabağın statusu müzakirə mövzusu deyil” açıqlamasına REAKSİYA
"Bu açıqlama ondan xəbər verir ki, Dağlıq Qarabağın status məsələsini ATƏT-in Minsk qrupu müzakirə etməlidir və edəcək”.

Bunu Sfera.az-a açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağın status probleminin ziddiyyətli olduğu, ona görə də həmin məsələnin 9 noyabr bəyanatına şüurlu şəkildə salınmadığı barədə fikirlərini dəyərləndirərkən politoloq İlqar Vəlizadə deyib.

İ. Vəlizadə bildirib ki, bu məsələni Minsk qrupu qaldıracaq:

"Minsk qrupunun regiona səfəri gözlənilir və onlar bu məsələni qaldıracaqlar. Yəni, Lavrov demək istəyib ki, Bakı, Moskva və İrəvandan ibarət üçtərəfli formatda status məsələsi müzakirə oluna bilməz. Xatırladım ki, həm noyabrın 9-da əldə edilən razılaşmada, həm də son danışıqlarda status məsələsi gündəmdə olmayıb. Çox güman ki, üçtərəfli formatda olacaq hər hansı gələcək görüşlərdə də status məsələsi müzakirə predmeti olmayacaq”.

Ekspertə görə, bununla Lavrov İrəvana dolayı yolla bildirir ki, sözügedən formatdan status məsələsinin müzakirəsinə ümid etməsinlər:

"Bu onu göstərir ki, Moskva status məsələsini təkbaşına olaraq Azərbaycan və Ermənistanla müzakirə etməkdən yayınır. Moskva üçtərəfli formatda maraqlarının nədən ibarət olduğunu açıq şəkildə bildirib. Maraqları ondan ibarətdir ki, kommunikasiyalar açılsın və regionda münasibətlər stabil şəkildə inkişaf etsin”.

Həmsöhbətimizə görə, bu açıqlama həm də onun göstəricisidir ki, Moskva indiki halda status məsələsindən qaçmağa çalışır: "Ona görə də onu indi gündəmə salmaq istəmir. Çünki bu məsələ yenidən ziddiyyətlərə və yeni münaqişənin yaranmasına gətirib çıxaracaq. Bu səbəbdən Rusiya üçtərəfli formatda həmin məsələni müzakirə etməkdən yan qaçır”.
 
Elçin
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...