Lavrov: “Bu görüşdən nəticə gözləmirik...”
16:00 / 21.01.2022
921
Rusiya
xarici işlər naziri Sergey Lavrov ABŞ-NATO münasibətləri ilə əlaqədar ABŞ dövlət
katibi Antoni Blinken ilə Cenevrədə keçirdiyi görüşdən nəticə gözləmədiyini
deyib.
Sfera.az
xəbər verir ki, "Prezident Wilson” otelində Rusiyanın ABŞ və NATO-ya təqdim
etdiyi təhlükəsizlik zəmanəti sazişi layihəsi, tərəflər arasında diplomatik
missiyaların fəaliyyəti, kibertəhlükəsizlik və strateji sabitliyə dair kritik
iclas keçirilib.
Görüşdə
Lavrov və Blinkendən başqa Rusiya və ABŞ nümayəndə heyətlərindən 12 nəfər
iştirak edib. Lavrov görüşün əvvəlində verdiyi açıqlamada həmkarı Blinkenə və
nümayəndə heyətinə təşəkkür edib.
O
xatırladıb ki, ABŞ və Rusiya Cenevrədə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr
aparıb, yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası, Vyanada isə
ATƏT-in Daimi Şurasının iclası keçirilib. Yanvarın 13-də bu məsələlər də
müzakirə olunub. Blinken isə: "İndi bizim hamımızın müzakirə etdiyimiz
mövzuları bölüşmək şansı var. Düşünürəm ki, Rusiya komandasının prezident
Vladimir Putinlə məsləhətləşmə şansı var. Eyni zamanda bizim hamımızın öz
aramızda, bütün müttəfiqlər və tərəfdaşlar arasında məsləhətləşmək şansı var. Mən
düşünürəm ki, bu görüş Rusiyanın diplomatik danışıqlardan hansı nəticələr
çıxaracağını görmək üçün mühümdür”.
Əzizə
Zeynal