Latviyalı modelyerlərin geyimləri nümayiş olundu - FOTOLAR
Cəmiyyət
00:01 / 24.11.2015
1148
Sfera.az bildirir ki, ötən gün "Baku Fashion Week" silsilə tədbirləri çərçivəsində məşhur latviyalı modelyerlər Coo Culte, Narciss və Anna Ledin geyimləri nümayiş olundu.
Saytımız tədbirə dəvət olunmuşlar sırasında idi. Latviyalı modelyerlərin hazırladığı rəngarəng, bütün xanımların zövqünü oxşayacaq "2016 YAZ-YAY" kolleksiyasını izlədik. Yeri gəlmişkən podiumda nümayiş olunan bütün geyimləri Grandezza ticarət mərkəzindən əldə edə bilərsiniz. Bu həftə Bakıda Latviya günlərinə start veriləcək. Yeri gəlmişkən Latviya günləri ərzində siyasi, biznes, mətbəx, mədəniyyət və s. sahələr üzrə müxtəlif tədbirlər keçiriləcək. Əlavə məlumatları "Latviyanı duyun" rəsmi Facebook səhifəsindən ala bilərsiniz. https:/file/articles//file/articles/www.facebook.com/file/articles/InvestmentDevelopmentAgencyLatvia/file/articles/?fref=ts