Latviya bütün Avropanı Rusiyaya qarşı mübarizəyə çağırıb

Latviya bütün Avropanı Rusiyaya qarşı mübarizəyə çağırıb
Latviya prezidenti Raymonds Veyonis Avropa dövlətlərini Rusiyanın aqressiyasına qarşı birləşməyə çağırıb.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Latviya lideri bu çağırışını Almaniyanın "Der Spiegel” qəzetində vurğulayıb.

"Bizim bir gün Rusyanın Ukraynada törətdiyi kimi, hər hansı Avropa ölkəsinə hücum etməsi halında onu durduracaq etibarlı faktorlara ehtiyacımız var. Avropa bu məsələdə vahid olmalıdır”, – deyə R.Veyonus bildirib.

Prezident rəsmi Moskvanın Latviya əhalisi üzərindəki təsirinin görməzdən gəlinməyəcəyini vurğulayıb. Ona görə ki, Latviyada çoxlu sayda ruslar yaşayır və onlar əsasən Rusiyanın dövlət kanallarına baxmağa üstünlük verirlər.
Onun fikrincə, məhz bu cür vətəndaşlar Kremlin qara təbliğat vasitələrinin təsirinə daha tez düşürlər. Bundan başqa onlar ölkədə latış dilində təhsilə qarşı sərt çıxışlar edirlər.

Veyonis ölkəsində yerləşən NATO bazasının onlar üçün sakitləşdirici və özünə əminlik effekti törətdiyini bildirib. O, Avropa Birliyi və NATO-nun münaqişə halında Latviyanı dəstəkləyəcəyinə əmin olduğunu ifadə edib.

Bütün bunlara rəğmən prezident Rusiya və Latviya arasında iqtisadi bağların sıxlığına diqqət çəkib.

Latviya lideri Kremlin Avropa Parlamentində rusiyapərəst qüvvələri yerləşdirməyə və bununla Avropanı parçalamağa cəhd göstərəcəyini bildlirib.

Bu səbəbdən o, Birlik ölkələrini Avropa Parlamentinə keçiriləcək seçkilərə çox ciddi hazırlamağa və vəziyyətin həssaslığını dərk etməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...